Atlantik okeanından 17 nəfərin cəsədi çıxarılıb, təyyarəyə aid yüzlərlə əzya tapılıb

img

08-06-2009 [11:14]


Braziliyalı hərbçilər Atlantik okeanında qəzaya uğramış A-330 təyyarəsinin 17 sərnişinin cəsədini tapıb. ANS PRESS, ?Associated Press? agentliyinə istinadən xəbər verir ki, məlumatı Braziliya hərbi klmandanlığının nümayəndəsi açıqlayıb. Ötən gün aparılmış axtarış işləri nəticəsində təyyarəyə aid yüzlərlə əşya, o cümlədən, təyyarənin qanadının hissələri, sərnişin oturacaqları, oksigen maskaları, sərnişinlərin şəxsi əşyaları və s. tapılıb. Xatırladaq ki, ?Air France? şirkətinin Rio-de-Janeyrodan Parisə uçan təyyarəsi iyunun 1-də Atlantik okeanı üzərində itib. Təyyarədə 228 sərnişin olub. Bu, ?Air France? şirkətinin 75 illik tarixində ən böyük qəzadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA