ABŞ Şimali Koreyanı terrorizmə dəstək verən ölkələr siyahısına qaytara bilər

img

08-06-2009 [11:11]


ABŞ Şimali Koreyanı terrorizmə kömək edən ölkələr siyahısına qaytara bilər. Bu barədə RBC-nın məlumatına görə, ABŞ dövlət katibi Hillari Klinton bildirib. Onun sözlərinə görə, son zamanlar Koreya yarımadasında baş verənlərdən sonra bir neçə senator ABŞ prezidenti Barak Obamaya bununla bağlı müraciət edib. Qeyd edək ki, təxminən yarım il olar ki, ABŞ Şimali Koreyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarıb. Buna səbəb isə Pxenyanın nüvə reaktorunun fəaliyyətini dayandırmağı və MAQATE inspektorunu ölkənin nüvə obyektlərinə buraxmağa söz verməsi olub. Amma bir müddət əvvəl Şimali Koreya bir neçə dəfə nüvə sınağı keçirib. Klinton bildirib ki, Şimali Koreyanın bu hərəkətləri onu siyahıdan çıxarılmasını əhəmiyyətsiz edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA