Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən razıdır

img

10-06-2009 [12:50]


?Prezidentlərin Sankt-Peterburq görüşü ilə bağlı məsələlərin çətinliyi, əhəmiyyəti və mürəkkəbliyi o qədər çoxdur ki, bunların müzakirəsində hər hansı bir dəyişiklik baş verirsə də, bu proses çox yavaş sürətlə davam edir. Çünki, münaqişə olduqca mürəkkəbdir, lakin Azərbaycanın tutduğu mövqe çox aydın və konkretdir?. Bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Araz Əzimov bildirib ki, Azərbaycanın da bu prinsipi müdafiə etmək imkanı böyükdür. Təkcə Azərbaycanın yox, ümumiyyətlə beynəlxalq cəmiyyətin də əsas tutduğu prinsiplərə riayət etməsi ümumi faktorların sırasında vacibdir. "Digər bir tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin asanlıqla həll oluna bilməsi üçün ümumi dönüşün baş verməsi vacibdir. Bu dönüş Ermənistanın öz mövqelərinin strateji dəyərləndirilməsi nəticəsində baş verə bilər. Biz çox istərdik ki, Ermənistan bu məsələ üzərində götür-qoy eləsin, həm öz maraqlarını, həm regionda sabitliyin inkişaf etdirilməsində lazımı addımların atılmasına hazır olsun. Həmin addımlar da konkret olaraq ondan ibarətdir ki, münaqişənin həlli üçün üzərində işlədiyimiz prinsiplərin razılaşdırılmasında çətin məqamların həll olunması üçün atılası addımlardır. A:Əzimov: ?Bunların sırasında bir neçə vacib məsələ var ki, onların həlli ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təklif olunub. Azərbaycan dövləti prinsipial səviyyədə, strateji yanaşmada bu təkliflərdən razıdır. Bəzi elementlər də var ki, hələlik razılaşdırılmayıb. Ermənistandan biz hələ ki, istədiyimiz bu kompromisin hazırlığını görmürik. Bəlkə də bu ona görə baş verir ki, Ermənistanda ötən il rəhbərlik dəyişilib. Bildiyiniz kimi, ondan öncəki mərhələlərdə müzakirələr davam edir və razılaşdırılırdı. Çünki, biz yaranan vəziyyətdən asılı olaraq hərəkət etməliyik. Hazırda Sankt-Peterburq görüşündə növbəti addımların effektivliyi ilk öncə Ermənistanın bu cür mövqeyinin inkişafından asılı olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA