iran və HƏMAS-ın Azərbaycanla bağlı narazılığına əsas yoxdur

img

27-05-2009 [08:23]


?İstər İranın, istəsə də Fələstində HƏMAS-ın İsrail prezidentinin Azərbaycana səfərinə qısqanclıqla yanaşması düzgün deyil. Hər iki dövlət dəfələrlə Ermənistana bu və ya digər şəkildə yardımlar ediblər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İsrail prezidentinin ölkəmizə nəzərdə tutulan səfərinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Fələstin dövləti yaxşı bilir ki, Azərbaycan dövlətinin mövqeyi onun mövqeyilə eynidir: ?İran isə, müsəlman həmrəyliyindən və İslam birliyindən danışaraq Ermənistanı açıqcasına müdafiə edir. Bu gün ona qaz və dəmir yolu çəkir. Bütün lazım olan ərzaq və ilkin tələbat məhsullarını ora göndərir. Rusiyanın Gürcüstana hücumu zamanı Ermənistan tam blokadaya alınandan sonra İran onun tam iflas olmasına imkan vermədi. Məncə, İranın ümumiyyətlə, İslam təəssübkeşliyindən və müsəlman həmrəyliyindən danışmağa mənəvi haqqı çatmamalıdır. Bundan əlavə, Azərbaycan müstəqil dövlət kimi, öz xarici siyasətini qurmaqda da müstəqildir. Əgər rəsmi Bakı ilə İsrail arasında olan münasibətlər üçüncü bir dövlətin əleyhinə yönəlsəydi, o zaman narahatlığa zəmin yaranardı?. Politoloq onu da bildirdi ki, Azərbaycan heç zaman imkan verməz ki, onun ərazisindən üçüncü dövlətə, xüsusən qonşu dövlətlərin əleyhinə istifadə edilsin: ?Əgər İranın narahatlığı İsrailin ona qarşı müəyyən təhdidləri ilə bağlıdırsa, mən inanmıram ki, Azərbaycanın siyasi rəhbərliyi İsraili müdafiə etsin. Bu məsələdə rəsmi Bakı rəsmi Tehranın tərəfindədir?. Q.Hüseynlinin fikrincə, İsrail prezidenti Şimon Peresin Bakıya səfəri Azərbaycana müsbət nəticələr verə bilər: ?Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə kömək edə biləcək güclü siyasi lobbi hərəkatının dəstəyinə ehtiyac duyur. Azərbaycan, lazım gələrsə, müasir və ya modern silah növləri əldə etmək istəyir. Azərbaycan Dağlıq Qarabağ məsələsinin təbliği üçün dünya mətbuatında tribuna qazanmağa çalışır. Belə məsələlərdə isə İsrail Azərbaycana güclü yardımçı ola bilər. Bu səbəbdən də İsrail-Azərbaycan əməkdaşlığının bəhrə verəcəyinə inanıram. Bundan əlavə, ola bilsin ki, Şimon Peresin ölkəmizə səfəri çərçivəsində orada səfirliyimizin açılması da müzakirə edilsin və bu məsələdə də müsbət irəliləyişlərə nail olunsun. Çünki bunun həyata keçirilməsi xeyli vaxtdır gündəmdədir. Ancaq onu da qeyd edim ki, bu məsələ daha çox rəsmi Bakının istəyindən asılıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA