Regional Təhlükəsizlik institutu ?israil-Azərbaycan münasibətləri? mövzusunu müzakirə edəcək

img

26-05-2009 [07:22]


Regional Təhlükəsizlik İnstitutu İsrail Prezidenti Şimon Peresin Bakıya gözlənilən səfəri ilə bağlı 27 may 2009-cu il tarixdə ?İsrail-Azərbaycan münasibətləri? mövzusunda dəyirmi masa keçirəcək. RTİ-un direktoru Eldəniz Elgünün verdiyi məlumata görə, son zamanlar müxtəlif mətbu orqanlarda və təşkilatlarda İsrail prezidentinin Azərbaycana dəvət olunmasına qarşı çıxanların sayı artıb: ?Məlumdur ki, bunların təşkilində bir başa İran İslam Respublikasının səlahiyyətli şəxslərinin əli var. Onlar unudurlar ki, Azərbaycan müstəqil dövlətdir və öz siyasəti var. Toplantıda da məhz bu məsələlər müzakirə olunacaq?. E. Elgünün sözlərinə görə, RTİ-in İsrail Masası toplantı ilə bağlı hazırlıq işlərini tamamlayıb və 27 may 2009-cu ildə saat 15-00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun ofisində toplantı başlayacaq. Toplantıya jurnalistlər, tələbələr, politoloqlar dəvət olunub. Amma arzu edənlərdə iştirak edə bilər. Qeyd edək ki, əsasən sualları Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə cavablandıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA