Türkiyənin xarici izlər naziri Əhməd Davutoğlu artıq Bakıdadır

img

26-05-2009 [10:41]


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İslam Konfransı Təşkilatının Dəməşqdəki toplantısından sonra bu gecə Azərbaycana rəsmi səfərə gəlib. O, Bakıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bir təyyarədə gəlib. Türkiyəli nazir Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, bu gün keçirəcəyi rəsmi görüşlərdə iki ölkə arasındakı bütün məsələlər müzakirə olunacaq. Əhməd Davutoğlu səhər saatlarında Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra o Azərbaycan Xarici İşlər Nazirliyində olacaq və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasında enerji məsələlərini və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Təktbətək görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA