"Prezidentlərin növbəti görüzündə razılazdırılmız məsələlərin böyük hissəsi ətrafında ortaq məxrəcə gəlinə bilə

img

11-05-2009 [12:23]


"Azərbaycan və Ermənistan prezidentlərinin iyunun əvvəlində Sankt-Peterburqda planlaşdırılan növbəti görüşündə razılaşdırılmış məsələlərin böyük hissəsi ətrafında ortaq məxrəcə gəlinə bilər". Bunu "Exo-Moskvı" radiostansiyasına müsahibəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib. O, razılaşdırılmamış məsələlər ətrafında da razılığın baş tuta biləcəyini istisna etməyib. Diplomatın sözlərinə görə, 4 razılaşdırılmamış məsələ var ki, bunlar ətrafında qarşılıqlı anlaşma mühiti formalaşa bilər. "Bütün danışıqlar əgər hər şey razılaşdırılmayıbsa, onda heç bir şey razılaşdırılmayıb prinsipi əsasında aparılır. Buna görə də, əvvəlcədən nəsə demək çox çətindir. Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri bəyanat və ya bəyannamə şəklində sülh razılaşması əldə edəcəklər". Prezidentlərin "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində Praqa görüşünə gəldikdə isə Yuri Merzlyakov görüşün bütün deyilənlərin əksinə olaraq konstruktiv şəraitdə keçdiyini deyib. "Görüşdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsiplərinin razılaşdırılmamış məsələləri üzrə mövqelərin yaxınlaşması aydın şəkildə hiss olunurdu. Bu, mənim deyil, həm də amerikalı və fransalı həmsədrlərin mövqeyidir". Xatırladaq ki, Azərbayacnın xarici işlər naziri Elmar Məmmədyarov prezidentlərin görüşündə ciddi irəliləyişin əldə edilmədiyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA