Mixail Saakazvili: ?Tiflisdəki aksiyalara reaksiya verməməyimiz zəiflik deyil?

img

30-04-2009 [04:31]


Gürcüstan prezidenti Mixail Saakaşvili hesab edir ki, paytaxt Tiflisin mərkəzində müxalifətin etiraz aksiyalarından sonra gərginləşən vəziyyət tezliklə normallaşacaq. ?Novosti-Qruziya? agentliyi xəbər verir ki, dövlət başçısı tezliklə hər şeyin öz yerini tapacağına söz verib. O bildirib ki, kim növbəti siyasi mərhələyə keçmək iqtidarındadırsa, bundan istifadə edəcək: ?Bu gün Tiflisin mərkəzində baş verənlər klassik demokratiya modeli deyil və istənilən digər ölkədə baş verməyib. Təəssüf ki, bu belədir. Amma hökumətin bu hadisələrə reaksiya verməməsi fəaliyyətsizlik və ya zəiflik kimi başa düşülməməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA