"Rəsmi Vazinqton birmənalı zəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

img

06-05-2009 [01:18]


ABŞ-da rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerikanın dövlət katibi Hillari Klintonla görüşüb. ANS-in Vaşinqtona ezam olunmuş xüsusi müxbiri Mirşahin Ağayevin verdiyi məlumata görə, görüşdən sonra hər iki ölkənin baş diplomatı jurnalistlər qarşısına çıxaraq görüş barədə məlumat veriblər. Hillari Klinton Azərbaycanın strateji əhəmiyyətə malik bir regionda yerləşdiyini bildirərək ölkəmizlə əmədaşlığa böyük əhəmiyyət verdiyini və onun inkişafında maraqlı olduqlarını deyib. Elmar Məmmədyarov jurnalistlərə müsahibəsində isə bəyan edib ki, rəsmi Vaşinqton birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini daha da artıracaq. Görüşdə iştirak edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza müzakirələrdən sonra bildirib ki, münaqişə ətrafında geniş söhbət aparılıb və bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin, mayın 7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyıb: ?Əlbəttə, mən danışıqların təfərrüfatını açıqlamayacam. Bu mümkün deyil. Əsas məqsədimiz dövləti katibi Hillari Klinton vasitəsilə təkliflərimizi tərəflərə çatdırmaqdır və prezidentlərin sabah Praqada keçiriləcək görüşü üçün zəmin yaratmaqdır?. ANS-ə ekslüziv müsahibəsində, iki nazirin görüşü barədə nikbin olduğunu bildirən dövlət departamentinin sözçüsü Robert Vud isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb və hamı bunu gözləyir: ?Düşünürük ki, bu istiqamətdə qarşılıqlı vədlər münaqişənin həlli üçün ən yaxşı yol ola bilər və biz bununla bağlı tərəflərin qəbul etdiyi qərarları dəstəkləməyə hazırıq. Regionda yaşayan əhali sülhə və əmin-amanlığa layiqdir. Buna görə də, biz tərəflərə hər cür kömək göstərmək istəyirik. Uzun müddətdir ki, davam edən Dağlıq Qarabağ probleminin həll edilməsinə ehtiyac var və bunu regionda yaşayan bütün insanlar gözləyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA