AiDP sədri Türkiyə-Ermənistan münasibətlərindən narahat deyil

img

27-04-2009 [02:18]


?Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı baş verənlərə münasibətdə əvvəlki mövqemizdə qalırıq. Biz o fikirdəyik ki, AKP-nin bu yöndə başlatdığı proseslər Azərbaycanda çox emosional qarşılanır. Türkiyə sərhəd məsələsində tez-bazar prinsipi ilə hərəkət etməyəcək. Zənnimizcə, Türkiyə bu prosesdə Dağlıq Qarabağ probleminin həlli məsələsini arxa plana keçirməyəcək?. Bu sözləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə Türkiyə ilə Ermənistan arasında müəyyən bir anlaşmanı əks etdirən ?yol xəritəsi?nə münasibət bildirərkən deyib. AİDP sədrinin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında mövcud olan ?yol xəritəsi?nə konkret fikir bildirmək məqbul deyil: ?Bu yolun başa varacağı, bundan Azərbaycanın xeyir, yaxud zərər çəkəcəyi barədə tələsik fikir bildirmək düzgün olmazdı. Çünki ortalıqda ?yol xəritəsi?nin detalları ilə bağlı rəsmi açıqlama yoxdur. Sadəcə, mətbuat mənbələr əsasında ?yol xəritəsi?nin 5 müddəadan ibarət olduğunu yazır və burada Ermənistan ordusunun Qarabağdan çıxması şərtinin öz əksini tapmadığını bildirir. Məncə, bu kifayət qədər aydın olmayan məsələdir. Amma ümumilikdə onu deyə bilərəm ki, regionun yüz illərlə yığılıb qalan problemlərini belə asanlıqla, hansısa ?yol xəritəsi? əsasında həll etmək asan məsələ deyil?. T.Abbaslının fikrincə, bu, sadəcə güc ölkələrinin regionda öz niyyətlərini həyata keçirmək üçün ortaya atdıqları məsələdir: ?Bu niyyətlər isə Dağlıq Qarabağ məsələsini daha çox Ermənistanın xeyrinə həll etmək, Nabucco kəmərinin bu ölkədən keçməsini təmin etmək, problemlərin həllində söz sahibi olmaq və s. kimi məqamları özündə əks etdirir. Hesab edirəm ki, lazım gəlsə, regionda mövcud münaqişə ocaqlarını yenidən qızışdırmaq, hətta yeni münaqişə ocaqlarının yaradılması kimi məsələlərə də əl atıla bilərlər?. AİDP sədri onu da qeyd edib ki, hələlik bu prosesdə Azərbaycanın ziyanına olan məsələ ölkəmizin hadisələri izləmək məcuburiyyətində qalmasıdır: ?Getdikcə, Azərbaycanın problemləri həll etmək və söz sahibi olmaq imkanları məhdudlaşır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA