Prezidentin köməkçisi Vüsal Nəsirlini AAYDA-nın kollektivinə təqdim etdi - FOTOLAR

img

07-02-2026 [15:21]


Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov dövlət başçısının ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirlini qurumun kollektivinə təqdim edib.

Mia.az xəbər verir ki, bu barədə Agentlk məlumat yayıb.

Məlumata görə, təqdimat zamanı N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, Agentliyin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, qurumun qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib, bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

V.Nəsirli ona göstərilən etimadı yüksək qiymətləndirib, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqli həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyini bildirib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA