Rəsul Quliyevin partiyasındakı ziddiyyətlər yenidən kəskinləzib

img

17-04-2009 [01:58]


[b]Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) yenidən fikir ayrılırlaqı yaranıb. Bu dəfə funksionerlər arasındakı fikir ayrılıqları bələdiyyə seçkilərində iştirakla bağlıdır. Belə ki, ACP rəhbərliyi partiyanın bələdiyyə seçkilərində iştirak edəcəyini və artıq buna hazırlıq işlərinə başlanıldığını bəyan etsə də, Rəsul Quliyevin müşaviri Zəminə Dünyamlıyeva bunun tam əksini - partiyanın belə bir qərarının olmadığını deyib.[/b] Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə məlumat verən ACP sədrinin müavini Yaqub Abbasov isə Z.Dünyamalıyevanın fikirlərinə münasibət bildirmək istəməyib. Ancaq sədr müavini deyib ki, partiya qarşıdan gələn bələdiyyə seçkilərinə qatılmağı qərara alıb: ?Artıq bununla bağlı müəyyən hazırlıq işlərinə başlanılıb. Rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib. Qərarımız var ki, seçki ərəfəsində heç bir bloka qoşulmayaq. İstəyimiz də odur ki, ACP-nin bütün üzvləri bələdiyyə seçkilərində iştirak etsinlər?. Qeyd edək ki, Z.Dünyamalıyeva ACP-nin bu seçkilərdə iştirak etməyə hazır olmadığını da bildirib. Yaqub Abbasov isə deyib ki, belə fikirlər səsləndirmək partiyanın ziyanınadır. Onun sözlərinə görə, ACP partiya olaraq hər hansı bir seçkidə iştirak etməkdə çətinlik çəkməyəcək: ?Başa düşə bilmirəm ki, bizim seçkidə iştirak etmək üçün hansı problemimiz ola bilər? Şəxsən mən seçkidə namizəd kimi iştirak edəcəyəm, digər müavinlər də seçkiyə qatılacaqlar. Kiminsə seçkiyə qatılmaması da məni maraqlandırmır. Hətta 2010-cu ildə keçiriləcək parlament seçkilərinə də qatılacağıq. Bir sözlə, kimin nə deməsindən asılı olmayaraq, ACP seçkilərdə iştirak edəcək və nəyə qadir olduğunu hər kəsə göstərəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA