?Danızıqlar Azərbaycanın maraqlarına uyğun aparılır?

img

25-04-2009 [08:13]


[b]Politolq Mübariz Əhmədoğlu rəsmi Bakının Azərbaycanın milli maraqlarını sonadək qoruyacağına əmin olduğunu bildirib [/b] Mayın 7-də Azərbaycan prezidenti İlham Əliyev Praqada Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza jurnalistlərlə söhbət zamanı danışıqlar prosesində mühüm irəliləyişlərin əldə olunduğunu deyib. Amerkalı diplomat bildirib ki, tərəflər artıq bir sıra prinsipial məsələlərdə razılığa gəliblər. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında danışıqlar prosesinin Azərbaycanın dövlət maraqlarına uyğun aparıldığını deyib. SİTM sədrinin sözlərinə görə, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə özünün prinsipial mövqeyindən bir addım da geri çəkilməyib: ?ATƏT-in Minsk Qrupunun həmsədrləri də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, prinsipial məsələlərə münasibətdə rəsmi Bakının mövqeyindən çıxış edirlər. Bu günlərdə jurnalistlər Metyu Brayzaya beş rayonun qaytarılması barədə sual verəndə o, yeddi rayonun qaytarılmasının müzakirə predmeti olduğunu dedi. Fransalı həmsədr Bernar Fasye də Azərbaycanın maraqlarına uyğun çıxış etdi. İctimaiyyət əmin ola bilər ki, prezident İlham Əliyev danışıqlar prosesində Azərbaycanın maraqlarını sonadək qorumağa qadirdir?. Politoloq Ermənistana güzəşt limitinin bitdiyini deyib. O, əmin olduğunu bildirib ki, rəsmi Bakı Azərbaycanın milli maraqlarına uyğun olmayan heç bir sənədə imza atmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA