Qarabağ Forumu müxalifət daxilində gərginlik yaradıb

img

23-04-2009 [12:42]


[b]Mirmahmud Mirəlioğlu: ?Qarabağ, vətən, dövlət və millət məsələsi ortada olanda umu-küsülər kənara qoyulmaldır?[/b] Demokratiya Uğrunda İttifaqın (DUİ) may ayında Qarabağ Forumunun keçirilməsi ilə bağlı təklifi əksər müxalifət partiyaları tərəfindən müsbət qarşılansa da, ADP sədri Sərdar Cəlaloğlu onların səmimiliyinə inanmır. S.Cəlaloğlu "Yeni Müsavat" qəzetinə deyib ki, DUİ-nin əsas məqsədi hər hansı bir tədbir keçirmək yox, ortaya bir ideya atıb kimlərisə qaralamaqdır. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, hər kəsin öz mövqeyi var və bunu da təbii qarşılamaq lazımdır: ?Ümummilli məsələlərdə hətta kənar səsləri belə təbii qarşılayırıq. Məsələnin mahiyyətindən xəbəri olan şəxslər bilirlər ki, bu nədir. Hər kəs öz mövqeyini ortaya qoyur. Bundan da narahat olmaq lazım deyil. Hesab edirəm ki, belə fikirlərə münasibət bildirmək də yersizdir?. S.Cəlaloğlunun DUİ-nin Qarabağ Forumu ilə bağlı təklifini qeyri-səmimi addım kimi dəyərləndirməsinə gəlincə, KXCP sədri ?Milli məsələ ortada olanda kimdir Mirmahmud, kimdir Sərdar Cəlaloğlu. Ona görə də bu məsələlərlə bağlı kimsə nəsə dedi, kimsə kimisə ittiham elədi, bunların hamısı söz oyunudu. Başqa bir şey deyil?,- söyləyib. M.Mirəlioğlu onu da vurğulayıb ki, yaxın günlər ərzində Qarabağ Forumunun keçirilməsi ilə əlaqədar müraciətlər olacaq və məsləhətləşmələr aparılacaq: ?Biz istəyirik ki, bu məsələdə hakimiyyətin də, müxalifətin də mövqeyi ortada olsun. Qarabağ problemi bir şəxsin, bir qurumun şəxsi məsələsi deyil, ümummilli məsələdir. Bu baxımdan hesab edirəm ki, Qarabağ, vətən, dövlət və millət məsələsi ortada olanda umu-küsülər kənara qoyulmaldır. Orada kim umu-küsü ilə məşğul olacaqsa, iqtidar-müxalifət davası döyəcəksə, cəhənnəm olsun, öz işi ilə məşğul olsun. Sonra da deməsin ki, mən siyasətlə məşğulam və yaxud deməsin ki, mən bu millətin nümayəndəsiyəm, bu dövlətin vətəndaşıyam. Onda bunu deməyə haqqı olmur. Bizdə ictimai qınaq olmadığına görə, Azərbaycan insanı da nə istəyirsə, onu deyir və eləyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA