ümid Partiyasının sədri iqbal Ağazadə DUi rəhbərləri ilə görüzüb

img

25-04-2009 [05:34]


[b]Görüşdə Qarabağ və müxalifət forumunun keçirilməsi müzakirə olunub[/b] Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Demokratiya Uğrunda İttifaqın (DUİ) rəhbərləri ilə görüşüb. Ümid Partiyasının qərargahında baş tutan görüşdə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri və sözügedən qurumun parlament təmsilçisi Pənah Hüseyn iştirak ediblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, görüşdə əsasən Qarabağ Forumunun keçirilməsi və bu tədbirin məqsədləri barədə fikir mübadiləsi aparılıb: ?Görüşdə həm Qarabağ Forumunun keçirilməsi, həm də müxalifətin ümumi konfransının keçirilməsi məsələlərini müzakirə etdik. Məqsəd nədir, hansı vəzifələr ortaya çıxa bilər, digər partiyaların, o cümlədən Qarabağ və Respublika Uğrunda Hərəkatın buna münasibəti mövzusunda fikirlərimizi bölüşdük. Onlar şəxsim olaraq, o cümlədən hərəkat adından dəvətli olduğumu bildirdilər. Mən də bu məsələlərin hərəkata daxil olan partiyalarla müzakirə olunacağını və gələcəkdə ortaya mövqe qoyulacağı ilə bağlı fikirlərimi onlara çatdırdım?. İ.Ağazadə onu da bildirib ki, bu tipli tədbirlərin keçirilməsinə normal yanaşır. Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi heç bir partiyanın prinsiplərinə zidd görünmür. Amma millət vəkili bu barədə Qarabağ və Respublika Uğrunda birgə müzakirə aparıb qərar verəcəklərini də vuğrulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA