DUi Qarabağ forumunun keçirilməsi ilə bağlı fəaliyyətə bazlayıb

img

20-04-2009 [07:53]


[b]Forumun mayın 14-də keçirilməsi nəzərdə tutulub[/b] Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti iclası keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, qurumun fəaliyyət perspektivləri və digər məsələlər müzakirə olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən DUİ-yə daxil olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, ittifaq öncə Qarabağ Forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və bu tədbirin mayın 14-də reallaşdırılmasını planlaşdırır. E.Musayev qeyd edib ki, forumun keçirilməsi ilə bağlı siyasi təşkilatlara müraciət olunacaq: ?Artıq bu istiqamətdə ciddi şəkildə işləməyi qərarlaşdırmışıq. Hesab edirik ki, Qarabağ məsələsinin müzakirəsi olduqca vacibdir. Bu məsələdə hər hansı ayrıseçkilik olmamalıdır. Hamı bir araya gəlib ölkənin ən böyük problemini müzakirə etməlidir?. DUİ yetkilisi onu da nəzərə çatdırıb ki, Sədrlər Şurasının iclasında Ali Məhkəmənin hüquq müdafiəçisi İntiqam Əliyevin əmlakına həbs qoyulması ilə bağlı qərarı da müzakirə edilib. Onun sözlərinə görə, Ali Məhkəmə ədalətsiz qərar çıxarıb və siyasi sifariş yerinə yetirib: ?Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlər İntiqam Əliyev və onun rəhbərlik etdiyi təşkilat tərəfindən hazırlanır. Məhz bu kimi səbəblərə görə hakimiyyət tərəfindən ona təzyiqlər göstərilir. DUİ olaraq, hakimiyyətin bu siyasi sifarişini qətiyyətlə pisləyirik və bu cür hallara son qoyulmasnı tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA