Müsavat-KXCP münasibətləri sıcaqlazır

img

25-04-2009 [03:37]


[b]Mirmahmud Mirəlioğlu İsa Qəmbərlə partiyaları arasındakı münasibətləri müzakirə edib[/b] Demokratiya Uğrunda İttifaqın (DUİ) liderləri - Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və millət vəkili Pənah Hüseyn Müsavat Partiyasının qərargahında başqan İsa Qəmbərlə görüşüblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən KXCP sədri deyib ki, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub. DUİ-nin Qarabağ və Respublika Uğrunda Hərəkatla əməkdaşlıq məsələsinin müzakirə olunub-olunmamasına gəlincə, M.Mirəlioğlu ?Bu istiqamətdə bizim qərarlarımız da var, hətta bu və ya digər məsələlərlə bağlı birgə tədbirlər keçirmək haqqında niyyətimiz də ortadadır. İstəmişik ki, müxalifətin ümumi konfransı keçirilsin, münasibətlər normallaşsın və müxalifətin vahid mövqeyi sərgilənsin. Təbii ki, bu məsələlər də müzakirə mövzusu olub. Müsavatla KXCP arasındakı münasibətlər də müzakirə olunub. Yəni məsələlərə baxış olub. Qərarları isə partiyaların özü verir. Ya görüşlər müəyyən qararların nəticəsi olaraq baş tutur, ya da görüşlərlən sonra müəyyən qərarlar verilir?,- söyləyib. M.Mirəlioğlunun sözlərinə görə, Qarabağ Forumunun keçirilməsi də müzakirə olunan məslələrdən biri olub. Müsavat başqanı ilə Qarabağ Forumunun keçirilməsi istiqamətində fikir mübadiləsinin aparıldığını vurğulayan KXCP sədri bir sıra razılaşmaların olduğunu da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA