Vəhdət Partiyası ?Yol Xəritəsi?dən narahatdır

img

25-04-2009 [01:45]


Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ gündəmə gələndən sonra yaranmış gərginlik hələ də səngiməyib. Lakin buna baxmayaraq, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normalandırılmasına hesablanmış ?Yol Xəritəsi? məsələsinin ortaya çıxması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Müstəqil İnformasiya Agentliyinə məlumat verən Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, son proseslərdən narahatdırlar: ?Əslində ?Yol Xəritəsi? məsələsi Amerikanın vasitəsi ilə ortaya gəlib. Təbii ki, belə olan şəraitdə ?Yol Xəritəsi? bizim maraqlarımızı təmin edə bilməz. Bildiyiniz kimi, ABŞ soyqırım ifadəsini işlətmək istəmirdi. Ona görə də aprelin 23-də ?Yol Xəritəsi? məsələsi razılaşdırıldı. Amma məsələ ondadır ki, Obamanın çıxışı Buşdan da kəskin oldu. O, osmanlıların 1,5 milyon ermənini qətlə yetirməsi ifadəsini işlətdi və hadisəni böyük faciə kimi dəyərləndirdi. Bu da onu göstərdi ki, burada bir xristian təəssübkeşliyi var. Hesab edirəm ki, Azərbaycan və Türkiyə türklərin, azərbaycanlıların genosidə məruz qalması il bağlı hüquqi müstəvidə mübarizə aparmalı, beynəlxalq məhkəmələrə müraciət etməlidir. Elə təkcə Quba, Şamaxı, Qarabağ, Zəngəzur deyil, eyni zamanda İğdır, Qars, Ərdahanda olan qətliam haqqında məlumatları toplayıb beynəlxalq məhkəmə müstəvisində mübarizə aparmaq lazımdır. Çünki siyasi müstəvidə bu mübarizə mümkün deyil?. ?Vəhdət? sədri onu da deyib ki, son hadisələr onu göstərir ki, dünyada demokratiya və insan haqları deyil, iri dövlətlərin strateji maraqları əsas götürülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA