Sərdar Cəlaloğlu ona qarzı ünvanlanan ittihamlardan hiddətlənib

img

15-04-2009 [04:14]


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ötən həftə ?Reytinq? qəzetinə verdiyi müsahibə müxalif düşərgədə aranı qarışdırıb. Belə ki, ADP sədrinin DUİ ilə əməkdaşlığın mümkün olmadığını deməsi ciddi narazılıq yaradıb. Hətta Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də S.Cəlaloğluna qarşı çıxaraq, onu qeyri-obyektivlikdə suçlayıb və kimlərdənsə qisas aldığını deyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən S.Cəlaloğlu isə Vaqif Hacıbəylinin özünü ortaya atmasını anlamadığını bildirib: ?Düzü, mən bu cür fikirlərlə maraqlanmıram, heç onları cavablandırmaq da istəmirəm. Mən nə Əhməd Oruca, nə də o qəbildən olan adamlarla bağlı fikir bildirməmişəm. Sadəcə, ?Reytinq? qəzetindən soruşdular ki, DUİ belə bir təşəbbüs qaldırıb və istəyir ki, bunu Qarabağ və Respublika Uğrunda Hərəkat reallaşdırsın. Mən də demişdim ki, hər kəs öz təşəbbüsünü özü həyata keçirməlidir. Özü də həmin münasibət təkcə mənim yox, bütünlükdə Hərəkatda olan partiyaların mövqeyidir. Vaqif Hacıbəyli kimiləri isə bu cür məsələlərə qarışmaqla özlərini siyasətçi kimi təqdim etmək istəyirlər?. S.Cəlaloğlu onu da vurğulayıb ki, o, Əhməd Oruc və ya digər bu kimi şəxsləri hədəfə almayıb və heç vaxt da hansısa fikirləri işlədərək qisas məqsədi güdməyib. Onun sözlərinə görə, bu barədə deyilənlər uydurmadan başqa bir şey deyil: ?Ona görə də hay-küy salmağın yeri yoxdur. Vaqif Hacıbəyli deyir ki, görəndə ona salam vermirəm. Mən bir-iki ildir ki, onun özünü görmürəm. Bir də ki, mənim onun salamına ehtiyacım yoxdur. Ümumiyyətlə, onun Azərbaycanda yaşaması barədə məlumatsızam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA