?YAP-da ilham Əliyevi, ?Müsavat?da isa Qəmbəri, AXCP-də Əli Kərimlini tənqid etmək mümkünsüzdür?

img

24-04-2009 [07:53]


?Tolerantlıq? Araşdırmalar Birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. [b]- Azərbaycanın siyasi həyatındakı süstlüyü nə ilə izah edirsiniz?[/b] - Bu, zahiri bir sakitlikdir və daha çox firtina qabaği dənizi xatırladır. Yəni, Azərbaycan bir barıt çəlləyinə bənzəyir, hər an partlayış effekti baş verə bilər. Ölkədə bir qeyri-müəyyənlik hökm sürür. Elə ən qorxulusu da budur. Hadisələri proqnozlaşdırmaq mümkün deyil. İndi hamıda ?harada qırıldı-qırıldı? fikri hakim kəsilib. Mərhum Heydər Əliyevin prezidentliyi zamanı ən azı özü gözəl bilirdi ki, bu gün nə baş verir, sabah nə baş verəcək və fors-major vəziyyət yaranarsa hansı addımlar atılacaq. İndi heç kim deyə bilməz ölkədə nə baş verir. Dərin təhlillər göstərir ki, ölkədə çox fəal şəkildə qpuplaşmalar gedir. Sanki hamı nəyəsə hazırlaşır və komanda gözləyir. Düzdür, maliyyə böhranı iri layihələri başlamağa imkan vermir, amma hər halda kortəbii proseslərin baş verməsi yaxşı heç nə vəd etmir. [b]- Hakimiyyət kadr dəyişiklikləri həyata keçirməklə baş verə biləcək kataklizmlərin qarşısını ala bilərmi?[/b] - Kadr dəyişikləri qaçılmazdır. Güman edirəm ki, prezident artıq özü üçün müəyyənləşdirib kimlərlə vidalaşmaq vaxtı çatıb. İctimai rəydə nüfüzdan düşmüş məmurların hakimiyyətdən getməsi mübət addım kimi qiymətləndirilə bilər, ancaq əsas məsələ onları kimlərin əvəz edəcəyindən asılı olacaq. Hesab edirəm ki, prezident gənc kadrlara üstünlük verəcək. Bu isə ?ikinci nəfəs? deməkdir və iqtidar belə dividentlərlə ictimai rəyi öz xeyrinə dəyişə bilər. Belə olan halda müxalifət düşərgəsi dilemma qarşısında qalacaq ? ya islahatlara getməli, ya vahid güc mərkəzlərində birləşməli, ya da siyasi səhnədən getməli olacaq. [b]- Bir şəxsin dəfələrlə preziden seçilə bilməsi ilə bağlı Konstitusiya dəyişikliyini müxalifət kəskin tənqid etdi. Sizcə, bu dəyişikliklər demokratiyanın məhdudlaşdırılması kimi qəbul edilə bilərmi?[/b] - Azərbaycan cəmiyyətinin problemi ondadır ki, bizdə heç nə dəyişmir. Nə dünyaya baxışımız dəyişir, nə liderlərimiz. Özü də bu tək siyasətə aid deyil. Fikir verin, Yazıçılar Birliyinə və ya Rəssamlar İttifaqina, yaxud digər bu kimi qürumlara ? eyni simalar uzun müddətdir iş başindadır, eyni nazirlər, eyni müxalifət sədrləri və hətta eyni şeyxül islam. Heç kəs postundan getmək istəmir və hamı bəyan edir ki, filankəs getməlidir, vəssalam. Mən razıyam, filankəs getməlidir, ancaq sən də getməlisən, 15-20 il eynu adamın partiya sədri olması tragikomediyadır. Digər tərəfdən, qalibləri heç kim mühakimə etmir, amma əgər mənim səhvlərim ücbatından on minlərlə insanın həyatı alt-üst olursa, onlar dilənçi vəziyyətinə düşürsə, ancaq bunun mənə və ailəmə bu böhrana aidiyyatı yoxdusa, hansı əxlaqdan danışa bilərik? [b]- Sözünüzdən belə çıxır ki, müxalifət liderləri aclıq və səfalət içində yaşamalıdırlar ki, eloktorat onların ardınca getsin...[/b] - Azərbaycandan müqayisə olunmaz dərəcədə nəhəng olan səltənətin rəhbəri olan xəlifə Ömər yamaqlı əbada gəzirdi. Həzrət Əli gecələr üzünə niqab bağlayıb kasıbların evində işləyirdi, mühafizəsiz gəzirdi. Həzrəti peyğəmbər bir dəfə qarın dolusu yemək yeməmişdi. Döyüşdə bu müqəddəslər hamıdan qabaqda gedirdi. Hami baxırdı ki, mənim liderim nə qədər əxlaqlıdır, utanırdı ondan üz çevirməyə. Həzrət Əli xəlifə olarkən, şəhid ailələrinə baş çəkər və yetim uşaqların qarşısında ağlaya-ağlaya deyərmiş ki, siz Əlinin günahından keçın. Hansı liderı bu vəziyyətdə təsəvvür edirsiniz? [b]- Ancaq müxalifət düşüncəli jurnalistlər elə indi də həbsdədir?[/b] - Söhbət də elə ondan gedir ki, jurnalistlər həbsdədir. Döyülən, təhqir olunan, zindana atılan da jurnalistlərdir. Bir dəfə ?Azadlıq? radiosunda debatda olarkən bir müxalifət liderinə ?jurnalistləri ?minalanmış? sahəyə buraxmızınız və onların bir-bir partlamasına tamaşa edirsiniz? fikrini söylədiyimə görə elə jurnalistlərin ?dili ilə? də qəzetlərdə cavablar aldım. Bu faciədir. İnsanları zombiyə çevirmək olmaz. [b]- Bütün sadaladiğinız problemlərin günahı daha çox iqtidardadır axı?[/b] - Aydındır. Mən hakimiyyəti müdafiə etmirəm. İnsanların hüquq və azadlığını əlindən alan, jurnalistləri həbsə atan hakimiyyəti kim müdafiə edə bilər ki? Söhbət eyni düşüncə tərzindən gedir. Sizə qarşiliqli sual verim ? ?Yeni Azərbaycan? qəzetındə İlham Əliyevi tənqid edən məqaləyə rast gəlmisiz? [b]- Belə bir şey ola bilməz. Bu fantastika olardı.[/b] - Bəs, ?Azadlıq? qəzetində Əli Kərimlini tənqid etmək fantastika deyil? Tənqidsiz demokyatiya olur? Necə olur axı biri diktator adlanır, digəri demokrat? Siyahinı uzada da bilərəm. [b]- Siz partıyali mətbuatı niyə nümunə çəkirsiz ki?[/b] - Müstəqil mətbuat artıq gərəksiz bir şeyə çevrilir. Cəmiyyət özü belə mətbuatı yaşatmalıdır. Nəyə görə, tutaq ki, ?Reytinq? qəzeti dövrülüyünü artıra bilmir? ?Ayna? dövrülüyünü azaltmağa, ?Gün Səhər?, ?Yeni yüzil? kimi çox maraqlı qəzetlər isə tam dayanmağa məcbur olur? Bu gün faktiki olaraq, ?Zerkalo?dan başqa gündəlik nəşr olunan müstəqil qəzet qalmayıb... Mövzudan uzaqlaşdım... Yenə sual çıxır ? YAP-da İlham Əliyevi, ?Müsavat?da İsa Qəmbəri, AXCP-də Əli Kərimlini tənqid etmək mümkünsüzdür. Fraksiyalar və alternativli sədr seçkiləri olmadan təşkilatdaxili demokratiyadan danışmaq olmaz. [b]- Hesab edirsiniz ki, müxalifət liderlzrinin hamısı tənqid olunmalıdır?[/b] - Söhbət prinsiplərdən gedir, fərdlərdən yox. Həzrət Əli deyirdi ki, ?insanların şəxsiyyəti haqla batilin meyarı ola bilməz. Yəni, bu işi filankəs edib, ona görə haqq;dır, bu işi isə filankəs görüb, ona görədə nahaqqdır deyilə bilməz. Əksinə, insanların əməli haqq ilə batilin meyarı olmalıdırlar?. Əgər, hakimiyyət demokratiyaya məhəl qoymursa, müxalifət də eyni yolla getməməlidər. Bugünün müxalifəti sabahin iqtidarıdır. Deməli, sabah hakimiyyətə gələn müxalifət də eyni dərəcədə anti-demokrat olacaq. Azərbaycan hələ o səviyyəyə çatmayıb ki, qanunlar hər şeyi tənzimləsin. Fərdlərdən çox şey asılıdır. [b]- Suala cavab vermədiniz. Məcburam konkret sual verim ? sizin İsa Qəmbərə, Əli Kərimliyə, Lalə Şövkətə münasibətiniz necədir?[/b] - İsa Qəmbər son dərəcə mütaliəli, çevik ağlı olan bir siyasi xadimdir. Əli Kərimli gözəl natiqdir və maraqlı gedişlər edə bilir. Lalə xanım əxlaqlı insandır və intelluktual siyasətçidir. Onların hər birinin çox saylı mənfi cəhətləti də var və ən başlıcası özünəvurğunluq və tənqidə dözümsüzlükdür. Yeganə tənqidə normal yanaşan siyasətşi Zərdüşt Əlizadədir. Onun da başlıca problemi hadisələrə subyektiv yanaşmadır. Yəni, o, proseslərin içində olub və hesab edir ki, onun sözünə baxmadıqlarına görə Azərbaycan məhv olub, bir sözlə, hamı günahkardır ? iqtidar, müxalifət, xalq, bir günahsız var o da Zərdüst Əlizadədir. Bu, çox səhv yanaşmadır. Əlbəttə ki, Zərdüşt bəyin analitik təfəkküründən faydalanmaq lazımdır. Amma hörmətli ustadım Zərdüşt Əlizadə də artıq təqaüd barədə düşünməlıdir. Eyni zamanda digər liderlər də siyasi memuarlar barədə düşünməlidirlər. [b]- Bəs siyasi səhnədə kimlər qalsın?[/b] - Yeni qüvvələr. Əlbəttə ki, maddi və digər resurslar olmadan uğur əldə etmək mümkün deyil, ancaq istənilən halda yenilərin gəlişi musbət haldır. [b]- Siz uzum müddətdir siyasi jurnalistika ilə məşğulsunuz. Siyasi şərhlərlə yerli və xarici mətbuatda çıxış edirsiniz. Sizin siyasətlə məşğul olmak fikriniz varmı?[/b] -İndi bu barədə düşünmürəm. Siyasət və əxlaqın biri birini tamamlayan anlayış olduğunu da güman etmirəm, baxmayaraq ki, siyasətin predmeti insanlardır və cəmiyyət qarşısında əxlaqsız adamın dayanmadığını uzun müddət anlamaya bilməz. Lakin siyasətə yaxın olduğumdan bilirəm ki, siyasət və əxlaq bir çox hallarda bir araya sığmır. Ümumiyyətlə, siyasət insanı bədbəxt edir. Bu çox çətin sahədir. Ancaq istisna etmirəm ki, nə vaxtsa siyasətə gəlim. Potensalım böyükdür. Bilirəm ki, çox işlər görə bilərəm, çox xeyr verə bilərəm. İstisna etmirəm ki, 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edim. Rəhmətlik Aydın Məmmədovdan sonra ?mənim mövqeyim orta müxalifətdir? deyən yoxdur və bunun fəsadlarını görürük. Onsuz da mən azsaylı şərhçilərdənəm ki, hər iki düşərgəni eyni dərəcədə tənqid edə bilirəm. İnanın, bu çox çətindir. Hamı səni düşmən elan edir və eyni zamanda bir neçə zərbə alırsan. Amma fərq etməz. Mən haqlı bildiyim yolu inamla gedirəm və hesab edirəm ki, müstəqil insanlara ehtiyac var. Dostum, şəxsiyyətinə böyük hörmət etdiyim Hacı İlqar İbrahimoğlunun gözəl sözü var ? ?Azərbaycanda ləyaqətli və savadlı insanların defiseti var?. Bütövlükdə cəmiyyətdə olan ləyaqətli və savadlı insanlar bir araya gəlməlidirlər. Başqa yolumuz yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA