Asim Mollazadə təhsil sistemindəki problemlərdən narahatdır

img

24-04-2009 [06:13]


[b]?Azərbaycanın təhsil sistemində problemlər var. Bəzi universitetlərin diplom satan dükanlar kimi fəaliyyət göstərməsi bizi çox ciddi narahat edir. Narahatıq ki, Azərbaycanda orta təhsilin səviyyəsi dövrün, zamanın tələblərinə uyğun deyil. Bu gün orta məktəblərdə şagirdlərin savadı çox aşağıdır, sonra da ali məktəblərdən rüşvət yolu ilə diplom almaq barədə düşünürlər. Bu da ölkənin təhsil siteminin aşağı səviyyədə olduğunu göstərir?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib. A.Mollazadə bəzi universitetlərdə öz sözünü deyən, demokratiya tələb edən tələbələrə qarşı qanunsuz addımların atıldığını da vurğulayıb: ?Bölgələrdəki təhsil ocaqlarında vəziyyət çox ağırdır. Məsələn, Lənkəran Dövlət Universiteti oxumaq istəyən, təhsilin şəffaflığı uğrunda mübarizə aparan gənclərə qarşı amansız mübarizə başlayıb. Bu universiteti tənqid edən gənc jurnalist,tələbə Pərviz Əzimov oradan qovulub. Mənə bu kimi müraciətlər çox olur?. Sözügedən problemlə bağlı Milli Məclisdə də məsələ qaldıracağını deyən ADİP sədri müvafiq komissiyanın yaradılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, təhsil müəssisələrində araşdırmalar aparılmalıdır: ?Azərbaycanın təhsil qanunu sürətlə qəbul olunmalıdır. Bundan sonra orta, peşə, ali təhsil barədə müvafiq qanunlar qəbul olunsun ki, ölkənin təhsil sistemində islahatlar həyata keçirilsin. Məsələ ondadır ki, ölkə başçısının sərəncam ilə bağlı müvafiq işlər görülmür və müasir təhsil verə bilməyən qüvvələr tərəfindən sabotaj edilir?. Millət vəkili təhsil sistemindəki problemləri yalnız Təhsil Nazirliyinin rəhbərliyi ilə əlaqələndirmədiyini də nəzərə çatdırıb. Onun fikrincə, bəzi köhnə təfəkkürlü universitet rəhbərləri, professorlar, müəllimlər Azərbaycanı geriyə çəkməklə məşğuldurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA