Qarabağ və Respublika Uğrunda Hərəkat toplazacaq

img

20-04-2009 [03:19]


[b]Müxalifət liderləri siyasi, sosial-iqtisadi problemləri müzakirə edəcəklər[/b] Müxalifətin əksər partiyalarının təmsil olunduğu Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının sədrləri yaxın günlərdə toplaşacaq. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən hərəkata daxil olan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan verib. ALP yetkilisi deyib ki, yaxın zamanlarda keçiriləcək toplantıda ölkədaxili ictimai-siyasi vəziyyət, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının digər müxalif siyasi qüvvələrlə münasibəti, Konstitusiyaya bir sıra köklü dəyişikliklərin edilməsi ilə balğı fikir mübadiləsi aparılacaq. Ə.Temirxanın sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair hər iki ölkə ictimaiyyətindən verilmiş reaksiya, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla bağlı hərəkat liderləri mövqelərini bildirəcəklər: ?Onu da deyim ki, Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının fəaliyyətində önə çıxmaqdadır. Belə ki, təklif var, sovet dövründən qalmış bank əmanətlərinin qaytarlmasına dair qanun layihəsi, həmçinin minimum əmək haqqı və sosial müavinətlərin artırılması, həmkarlar ittifaqı, işçilərin əmək şəraitinin yaxşılaşdırılması haqqında qanunlara dəyişikliklər müzakirə olunacaq. Eyni zamanda xarici müəssisələrdə işləyən azərbaycanlı işçilərin hüquqlarının qorunması, bu istiqamətdə geniş ictimai müzakirələr aparılması və hökumətin bu istiqamətdə ciddi addımlar atması tələbi irəli sürülə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA