Arzu Səmədbəyli: ?Biz Fəzail Ağamalının ?durun? deməyi ilə durmayacağıq?

img

22-04-2009 [04:51]


[b]Müsavat deputat qrupunun üzvü həmkarının hərəkətlərindən hiddətlənib[/b] ?Bizim Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq İşçi Quruna daxil olmaqla bağlı müraciətimiz bəziləri tərəfindən yanlış dəyərləndirilib. Fəzail Ağamalı da öncə bizimlə söhbət etməli, sonra belə bir münasibət bildirməliydi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat deputat qrupunun üzvü, millət vəkili Arzu Səmədbəyli deyib. Qeyd edək ki, deputat Fəzail Ağamalı bəzi müxalifətçi deputatların ölkədə anti-Türkiyə kampaniyası aparılması barədə yanlış fikirlər səsləndirdiyini və bu kimi fikirlərə son qoyulmalarını tələb etmişdi. A.Səmədbəyli isə həmkarının dedikləri ilə razılaşmır: ?Əvvəla, Müsavat deputat qrupunun iki üzvü - Pənah Hüseyn və Nəsib Nəsibli həmin qrupda təmsil olunurlar. Biz üçümüz - İltizam Əkbərli, İkram İsrafil və mən həmin qrupda olmaq barədə qərarımızı razılaşdırdıq və Müsavat Divanında bu fikrimizi söylədik. Divan da deputatların bu qərarını təqdir elədi. Biz də ərizə ilə Milli Məjlis rəhbərliyinə müraciət etdik. Bunu xoş tərəfə də, Fəzail bəyin dediyi tərəfə də yozmaq olar. Bizim əsas məqsədimiz Azərbaycan-Türkiyə münasibətlərinin daha da gəlişməsi, bu münasibətlərin diqqətə çatdırılmasıdır. Hətta bu münasibətlərə soyuqluq gəldiyini düşünənlərə bunun yanlış olduğunu və heç bir zaman Azərbaycanla Türkiyə arasındakı münasibətlərin soyumayacağını, bu münasibətlərə kölgə düşməyəcəyini önə çəkərək belə bir addım atmışıq?. A.Səmədbəyli F.Ağamalının müraciətini də cavabsız qoymayıb: ?Təəssüf edirəm ki, Fəzail Ağamalı bunu təqdir etmək evəzinə ?durun? deyir. Əvvəla, biz, Fəzail Ağamalının ?durun? deməyi ilə durmayacağıq. Hesab edirəm ki, o, yanlış münasibət bildirib. Yaxşı olardı ki, Fəzail bəy bu məsələyə münasibət bildirməzdən əvvəl bizə zəng edəydi. Bir də ki, Fəzail Ağamalı bu sahənin monopolisti deyil ki, kimin hara yazılmasının yanlış olması barədə fikir yürütsün. Hər kəs öz mövqeyini bildirə bilər. Düşünürəm ki, Fəzail Ağamalının fikirləri bizim atdığımız addıma adekvat deyil, yanlışdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA