isa Qəmbər Türkiyənin NTV telekanalına müsahibə verib

img

23-04-2009 [06:46]


[b]Müsavat başqanı Türkiyə-Azərbaycan münasibətləri barədə fikirlərini bildirib[/b] [b]Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Türkiyənin tanınmış NTV telekanalına müsahibə verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən İ.Qəmbər müsahibənin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı olduğunu deyib.[/b] NTV kanalının çəkiliş qrupunun Bakıda olduğunu bildirən Müsavat başqanı müsahibənin televiziya əməkdaşlarının istəyi ilə reallaşdığını vurğulayıb: ?NTV kanalının Bakıda olan çəkiliş qrupunun nümayəndələri məndən müsahibə istədilər, razılıq verdim. Onlar mənim fikirlərimi Türkiyə ictimaiyyətinə qismən çatdırdılar. Artıq bir sıra fikirlər NTV-nin efirində səsləndi. Görüntülər isə ya bu axşam, ya da sabah göstəriləcək. Bilirsiniz ki, Türkiyədə çox güclü bir media var. O media da bütün məsələləri çox ciddi işıqlandırır. Bü gün də Türkiyə-Azərbaycan münasibətləri diqqəti cəlb edən vəziyyətə gəldiyi üçün televiziya kanalları bu mövzuya çox diqqət ayırırlar. Eyni zamanda mövzunu hərtərəfli işıqlandırmağa üstünlük verirlər, O cümlədən Müsavat Partiyasının mövqeyini də Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmağı məqsədəuyğun sayırlar. Bugünkü müsahibəni də bu cür dəyərləndirmək olar?. İ.Qəmbər onu da qeyd edib ki, Türkiyə səfərindən sonra da qardaş ölkənin bir sıra qəzet və televiziya kanallarının əməkdaşları onunla əlaqə saxlayıb müxtəlif məsələlərlə bağlı münasibət öyrənirlər. Elə bu gün NTV telekanalından başqa ?Haber-Türk? telekanalı da Müsavat başqanı ilə əlaqə saxlayaraq, fikirlərini öyrənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA