Yurddaz Partiyası bələdiyyə seçkilərində iztirak qərarı verib

img

22-04-2009 [03:03]


[b]?Siyasi partiyalar seçkilərdə iştirak etmək üçündür. Ona görə də biz həmişə seçkilərdə fəali iştirak etmişik və qarşıdan gələn bələdiyyə seçkilərində də iştirak etməyi qərarlaşdırmışıq?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. Hazırda bələdiyyə seçkilərinə hazırlaşdıqlarını deyən M.Səfərli bildirib ki, bu istiqamətdə müvafiq işlər gedir və rayon təşkilatlarına da lazımi tapşırıqlar verilib. Partiya sədri vuğrulayıb ki, iyun ayında Siyasi Şura toplanacaq və seçki ilə bağlı yekun qərar veriləcək. Eyni zamanda namizədlər də müəyyənləşdiriləcək. Seçki ərəfəsində hər hansı siyasi qüvvə ilə əməkdaşlıq edib-etməməyə gəlincə, Mais bəy ?Hələlik belə bir qərarımız yoxdur. Müxalifət partiyaları ilə əməkdaşlıq etmək niyyətində deyilik. Amma prezidenti dəstəkləyən qüvvələrlə anlaşa bilərik. Əgər belə bir müraciət olarsa, müzakirə edib, müsbət qiymətləndirərik?,- söyləyib. M.Səfərli onu da deyib ki, budəfəki bələdiyyə seçkilərində uğur qazanacaqlarına inanırlar. Onun sözlərinə görə, hazırda Yurddaş Partiyasından bir neçə bələdiyyə üzvü var və bu seçkidə də namizədlərinin qələbə qazanması mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA