Fəzail Ağamalı: ?Qardazlarım, durun! Belə zeylərə ehtiyac yoxdur?

img

21-04-2009 [03:09]


[b]Xəbər verdiyimiz kimi, bir neçə deputat - Müsavat deputat qrupunun üzvlərindən Arzu Səmədbəyli, İkram İsrafil, İltizam Əkbərli, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu, Cəmil Həsənli Türkiyə-Azərbaycan parlamentlərarası döstluq qrupuna üzv olmaq üçün Milli Məclis rəhbərliyinə müraciət ediblər.[/b] Əsas səbəb kimi isə Türkiyə-Arbaycan münasibətləri ilə bağlı son zamanlar yaradılan gərginliyi göstəriblər. Hətta bəzi depuptatlar Azərbaycanda anti-Türkiyə kampaniyasının aparıldığını və bunun qarşısının alınması üçün müəyyən addımlar atmağın vacibliyini bildirirlər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə Azərbaycanda hər hansı bir anti-Türkiyə kampaniyasının aparılmadığını bildirib: ?Bəzi qüvvələr qəsdən belə rəy yaradırlar ki, guya Azərbaycanda bu cür kampaniya aparılır. Əslində belə şey yoxdur. Bunlar Cəmil Həsənli kimilərinin xəstə təxəyyülünün məhsullarıdır. Küçələrə baxın, insanlarla təmasda olun, televiziyaya nəzər yetirin, Azərbaycanda Türkiyəyə qarşı kampaniya getmir. Artıq məsələyə nöqtə qoyulubdur. Azərbaycan tərəfi də, Türkiyə tərəfi də məsələyə aydınlıq gətirib. Ancaq Türkiyəni və Azərbaycanı istəməyən qüvvələr bu cür sualları ayrı-ayrı siyasətçilərə ünvanlayırlar, çox təəssüf ki, bəziləri buna başqa cür cavab verir. Mən bilmirəm, bəlkə bunlar da o ?mətbəx?in içərisindədir. Düzü, istəməzdim ki, öz həmkarlarım haqqında bu cür fikirlər söyləyim. Onlar da təxribata çəkilir, olmayan bir məsələ ətrafında müzakirə açırlar. Elə sizin agentliyiniz vasitəsi ilə deyirəm ki, qardaşlarım, durun! Belə şeylərə ehtiyac yoxdur?. F.Ağamalı onu da qeyd edib ki, bu kampaniyanın ideoloqu Cəmil Həsənlidir. Onun sözlərinə görə, C.Həsənli heç bir fakta söykənmədən belə bir avantüra ilə məşğuldur: ?Ona görə də deyirəm ki, qardaşım, bu avantüranı dayandır! Ölkədə anti-Türkiyə kampaniyası yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA