Müxalifət Ali Məhkəmədən də ədalətli qərar gözləmir

img

11-04-2009 [03:12]


Məlum olduğu kimi, referendumun nəticələrinin saxtalaşdırılmasına dair ?Qarabağ və Respukblika Uğrunda Hərəkat? və ?Respublikaçılar? Təşviqat Qrupunun Apellyasiya Məhkəməsinə birgə müracəti təmin edilməyib. Bu səbəbdən də sözügedən təşviqat qrupları Ali Məhkəməyə müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) məlumat verən hərəkata daxil olan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan Ali Məhkəmədən ədalətli qərar gözləmədiklərini bildirib: ?Biz Ali Məhkəmədən Apellyasiya Məhkəməsinin qərarını təkrar edəcəyini gözləyirik. Çünki Azərbaycanda heç bir məhkəmə, heç bir hakim müstəqil deyil, daha doğrusu, hakimiyyətdən asılıdır. Onlar bizim işlərimizə, iddialarımıza münasibətdə sadəcə hakimiyyətin siyasi iradəsini ştamplaşdırmaqla məşğuldurlar. Ona görə biz heç də məyus deyilik ki, Ali Məhkəmə müraciətimizə ?yox? deyəcək. Bundan sonra növbəti instansiyaya qədər gedəcəyik və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Düzdür, məsələ orda da illərlə uzanır, amma bütün bunlara baxmayaraq, biz Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa olunmasında məhkəmə mübarizəmizi sona qədər davam etdirəcəyik?. ALP yetkilisi onu da deyib ki, mübarizəni başqa müstəviyə keçirməyi də planlaşdırırlar. Onun sözlərinə görə, zamanı gələndə lazımi addımlar atılacaq: ?Azərbaycan xalqı da bizi başa düşməlidir ki, ölkədə demokratik mühit yoxdur ki, biz insanları kütləvi aksiyalara çağıraq. Çünki hakimiyyət belə bir aksiyaların keçirilməsinə imkan vermir. Hələ siyasi məhbuslar üzrə məruzəçi yeni təyin olunub. Bildiyiniz kimi, iki baş redaktor həbsdədir. İndi bu məsələlərin həlli ilə məşğuluq?. Bundan əlavə, Ə.Temirxan birləşmiş müxalifətin kütləvi etiraz aksiyaları keçirmək niyyətində olduğunu da nəzərə çatdırıb. Onun qənaəticə, bu aksiyalar bələdiyyə seçkiləri ərəfəsində ? sentyabr, oktyabr aylarında reallaşa bilər: ?Onu da bilirsiniz ki, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan altı partiya bələdiyyə seçkilərində müttəfiq kimi fəaliyyət göstərəcək. Biz ayrı-ayrılıqda partiyalar olaraq fəaliyyətimizi uzlaşdırmağa çalışırıq. Hesab edirəm ki, biz qarşıdan gələn bələdiyyə seçkilərində iqtidarı sürprizlərlə üz-üzə qoyacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA