Birləzmiz müxalifət bələdiyyə seçkiləri ilə bağlı qərar verməyə tələsmir

img

15-04-2009 [07:27]


[b]?Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların bələdiyyə seçkilərinə qatılmaqla bağlı siyasi qərarı var. Həmin qərara görə Hərəkata daxil olan partiyalar vahid platforma əsasında seçkilərdə iştirak edəcək?.[/b] AXCP sədrinin müavini Nurəddin Məmmədli bu fikirləri Müstəqil İnformasiya Agentliyinə birləşmiş müxalifətin bələdiyyə seçkiləri ilə bağlı qəti qərar verməməsinə aydınlıq gətirərkən söyləyib. Onun sözlərinə görə, son qərarın verilməməsinin səbəbi forma ilə bağlıdır: ?Yəni müxtəlif ideyalar var.İdeyalardan biri Hərəkatın daxilində bir neçə qrup yaradıb vahid siyahı əsasında seçkiyə getməkdir. İkincisi isə tam vahid bir seçki qrupu şəklində getməkdir. Bunlar da məzmun yox, seçkiyə qatılmanın forması ilə bağlıdır?. Hazırda müzakirələrin getdiyini nəzərə çatdıran N.Məmmədli bildirib ki, yaxın günlərdə bu məsələ də öz həllini tapacaq. AXCP yetkilisi deyib ki, hələlik seçkiyə start verilmədiyinə görə qanunda nəzərdə tutulan qaydada seçki təbliğatına xeyli vaxt qaldığı üçün bu qərarı verməkdə tələsmirlər: ?Siyasi situasiyanın dəyişə biləcəyini nəzərə alırıq, başqa qüvvələrin də bu prosesə qatılma perspektivlərini nəzərdən keçiririk və s. Ona görə də hesab edirəm ki, Hərəkatın vahid siyahı əsasında seçkiyə qatılmağında heç bir problem olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA