Fazil Qəzənfəroğlu Milli Məclis rəhbərliyinə müraciət ünvanlayıb

img

20-04-2009 [04:02]


[b]Millət vəkili Türkiyə-Azərbaycan parlamentlərarası dostluq İşçi Qrupunda təmsil olunmaq istəyir[/b] Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Qəzənfəroğlu Milli Məclis rəhbərliyinə müraciət edib. F.Qəzənfəroğlu Müstəqil İnformasiya Agentliyinə deyib ki, Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşməsindən narahatlıq keçirərək, bu münasibətlərin qaydaya salınması istiqamətində öz köməkliyini göstərmək üçün parlamentlərarası dostluq İşçi Qrupunun tərkibində təmsil olunmaq istəyir və bu barədə MM rəhbərinə ərizə ilə müraciət edib. Onun sözlərinə görə, həmin müraciət sabah Milli Məclis rəhbərinə təqdim olunacaq: ?Cəmil Həsənli də bildirmişdi ki, həmin İşçi Qrupuna daxil olmaq niyyətindədir. Ölkəyə qayıdan kimi, o da ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edəcək?. Müraciətinin müsbət, yaxud mənfi qarşılanacağına gəlincə, millət vəkili ?Müraciətimin müsbət, yaxud mənfi qarşılanacağı əsas deyil. Mən artıq Türkiyəyə qarşı bəzi məsələlərin əndazədən çıxdığı düşüncəsindəyəm. Təbii, elə məsələlər var ki, etiraz bildirilməlidir, bu mövqe də ortaya qoyulub. Türkiyə tərəfi də öz mövqeyini bildirib. Bundan sonrakı mərhələdə münasibətlərin daha da kəskinləşməsi Azərbaycanın Rusiyameylli əhval-ruhiyyəsinin qabarmasına gətirib çıxara bilər. Bu da bizim ümumi tendensiyalara ziddir. Yenə də bizim ən yaxın ola biləcəyimiz tək dövlət var-o da Türkiyədir. Bu baxımdan, narazılığın qarşısının alınması istiqamətində addım atmışıq. Hesab edirəm ki, bu, müsbət qarşılanmalıdır?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA