Əhməd Oruc ADP funksionerinin ittihamlarını əsassız sayır

img

15-04-2009 [04:10]


?Mən Taliyyət Əliyevi tanımıram. Yəqin ki, o, ADP-nin funksionrlərindən biridir. Görünür, ona göstəriş veriblər, o da söyüş söyür. Düşünürəm ki, əgər bir qədər fikirləşsəydi, daha savadlı söyüşlər söyə bilərdi?. Azadlıq Partiyasının sədri Əhməd Oruc bu sözləri Müstəqil İnformasiya Agentliyinə ADP sədrinin müavini Taliyyət Əliyevin ona qarşı ünvanladığı ittihamlara cavab verərkən deyib. Ə.Oruc ADP yetkilisinin ona qarşı ünvanladığı ittihamlarla razılaşmadığını da bildirib. Onun sözlərinə görə, T.Əliyevin ittihamları əsassızdır: ?Deyir ki, guya 2003-cü il 16 oktyabrda biz qaçıb gizlənmişik. Bu, tamamiylə yanlışdır. Həmin ərəfədə ?Bizim Azərbaycan? blokunun yığıncaqları olub. Həmin yığıncaqlarda mən iştirak etmişəm. Yığıncaqların birində Pənah Hüseyn də iştirak edib, elə həmin gün də onu həbs ediblər. Amma sonrakı iki yığıncaqda Mirmahmud ağa ilə məndən başqa partiya sədrlərindən demək olar ki, heç kim yox idi. O vaxt ADP-dən də orda heç kim olmayıb. Sərdar Cəlaloğlunu evində həbs eləmişdilər. Ona görə də bizim qaçıb gizlənməyimiz barədə deyilənlər şər və böhtandan başqa bir şey deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA