AMiP digər müxalifət partiyaları ilə əməkdazlıq etməyə ehtiyatlanır

img

18-04-2009 [03:52]


[b]Əli Orucov: ?Bizim müxalifət düşərgəsini təmsil edən bir sıra partiyalar hələ də aydın siyasət yürütmürlər?[/b] ?Partiyanın cari il üçün fəaliyyəti Siyasi Şuranın iclasında təsdiqlənib. Həmin plana müvafiq olaraq, bələdiyyə seçkiləri mühüm yer tutur. Biz də düşünürük ki, bu seçkilərin ölkənin taleyi üçün əhəmiyyətlidir. Ona görə də hazırlıq işlərinə indidən start verilib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, seçkiyə xeyli vaxt qalmasına baxmayaraq, partiyanın yenidən təşkilatlanması, bələdiyəyə potensial namizədlərin müəyyənləşməsi, eyni zamanda seçki komissiyalarında işqtirak edəcək şəxslərin müəyyənləşməsi kimi çətin mərhələləri keçmək lazımdır. AMİP funksionerləri onu da deyib ki, bütün bunelarla bağlı yerli təşkilatlara müvafiq tapşırıqlar verilib. Müxalifətin digər partiyaları ilə əməkdaşlıq məsələsinə gəlincə, Ə.Orucov ?Biz partiya olaraq, əməkdaşlıq üçün açığıq. Yəni istənilən siyasi qüvvə ilə mövqelərimizdə fərq yoxdursa, əməkdaşlıq etməkdə problem yoxdur. Məsələ ondan ibarətdir ki, bizim müxalifət düşərgəsini təmsil edən bir sıra partiyalar hələ də aydın siyasət yürütmürlər. Ona görə də əməkdaşlığa, koalisiyalara bir qədər msəsuliyyətlə və diqqətlə yanaşırıq. Amma seçkiöncəsi AMİP-in digər qüvvələrlə yeni güc mərkəzi yaratma ehtimalı da var. İndidən nəyisə qəti surətdə söyləmək çətindir. Çünki bu imi məsələlərə partiyanın seçkili qurumları qərar verir?- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA