MAP bələdiyyə seçkilərində üzvlərinə müstəqillik verib

img

18-04-2009 [03:50]


Müstəqil Azərbaycan Partiyası (MAP) qarşıdan gələn bələdiyyə seçkilərində partiya olaraq, iştirak etmək niyyətində olmasa da, üzvlərinə seçkilərə qatılmaq üçün müstəqillik verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə MAP sədri Nizami Süleymanov məlumat verib. Onun sözlərinə görə, MAP üzvlərindən kim bələdiyyə seçkilərində iştirak etmək istəyəcəksə, onlara heç bir maneçilik törədilməyəcək. N.Süleymanov onu da deyib ki, heç bir qüvvə ilə əməkdaşlıq etməyəcəklər: ?Biz həmişə partiyamızın adı kimi müstəqil fəaliyyət göstərmişik. Bundan sonra da təkbaşına fəaliyyət göstərməyə çalışacağıq. Heç bir partiya ilə də hər hansı bir əlaqəmiz yoxdur?. Son dövrlər MAP-ın fəaliyyətsiz olması ilə bağlı fikirlərini bildirən Nizami müllim onu da vurğulayıb ki, hazırda işləri çoxdur və elmi fəaliyyətlə məşğul olduğundan siyasi proseslərdə aktivlik nümayiş etdirə bilmir. Müxalifətin əksər partiyalarının bələdiyyə seçkilərinə birgə getməsinə münasibət bildirmək istəməyən N.Süleymanov heç kimin daxili işinə qarışmaq niyyətində olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA