"Prinsiplərimdən imtina etmək niyyətində deyiləm"

img

19-04-2009 [03:53]


[b]Zəlimxan Məmmədli: "Mənə elə gəlir ki, prezident seçkiləri və referendum məsələsində DUİ-nin tutduğu mövqe əsas götürüldüyü üçün indiki vəziyyət yaranıb"[/b] [color=BF0000]"Mənim azadlığımı hər hansı formada məşdudlaşdırmaq imkanında olan adam tanımıram" [/color] Prezident seçkiləri və 18 mart referendumu ərəfəsində Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar Demokratiya Uğrunda İttifaqa (DUİ) əməkdaşlıq təklif etsələr də, qarşı tərəf buna maraq göstərmədi. İndi isə hərəkat nümayəndələri DUİ ilə əməkdaşlıqdan imtina edir. Müxalifət qüvvələrinin əməkdaşlığının vacibliyi istiqamətində təkliflər irəli sürən Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclis sədri Zəlimxan Məmmədli ilə söhbətimiz də bu mövzuda oldu. Zəlimxan bəy DUİ-nin indiki durumunu əvvəlki proseslərin nəticəsi kimi qiymətləndirir: - Düzü, baş verənləri izləmək imkanlarım məhduddur. Bu məsələlərə yenidən baş vurmaqda maraqlı da deyiləm. Bu barədə fikirlər zaman-zaman deyilib. İndiki situasiyaya gəldikdə isə deyərdim ki, adekvat cavablardır. Yəni nə edirsən, ona da uyğun cavab alırsan. Mənə elə gəlir ki, prezident seçkiləri və referendum məsələsində DUİ-nin tutduğu mövqe əsas götürülərək, indiki vəziyyət yaranıb. Onların da müəyyən arqumentləri var. Bütün hallarda mən yenidən sağlam əməkdaşlığın tərəfdarıyam. "Liderlərin ambisiyaları qoymur" ifadəsini işlədəndə məni "top atəşinə tutan" insanlar, indi həmin ifadəni işlətməkdə çətinlik çəkmirlər. Hər halda, Allah işlərini avan eləsin. Qoy birgə olsunlar. Yenə də deyirəm, millət, məmləkət, demokratiya üçün faydalı işlər görsünlər. Bir-birinə kin-küdurətdən, nifrətdən uzaqlaşsınlar. O zaman millətimiz və dövlətimiz qazana bilər. [b]- Sərdar Cəlaloğlu DUİ ilə əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib ki, DUİ referendumda bizimlə əməkdaşlıq etmədi, indi də biz onlara "yox" deyirik... [/b] - Vallah, mən öz mövqeyimi bildirmişəm. Bundan əlavə, nə kiminsə fikirlərinə şərh vermək, nə yeni təklif irəli sürmək fikrim var. Ona görə ki, mən hər şeyi demişəm. Müəyyən mənada deməkdən yorulmuşam. İndi isə daha faydalı işlərlə məşğul olmaq fikrindəyəm. O baxımdan hesab edirəm ki, Allah işlərini avand eləsin. Mənsiz də işləri gedər, daha yaxşı təkliflər ortaya çıxar. Hər halda, o məsələlərin məsuliyyətini indiki zamanda bölüşmək fikrində deyiləm. Şərh vermək də istəmirəm... [b]- Zəlimxan bəy, həmişə müxalifətin birgə olması təklifini israrla irəli sürmüsünüz. İndi isə yaxanızı kənara çəkməyiniz anlaşılmır... [/b] - Mən idmanla məşğul olmuşam. Yaxanı kənara çəkmək idman terminidir. Qətiyyən yaxa kənara çəkilmir. Heç yaxanı ələ də vermirik. Mənə elə gəlir ki, mövqeyimi də ifadə elədim. Ancaq kim nə dedi, niyə dedi, başqa məsələdir. Sizinlə də zaman-zaman müsahibələrimiz olub. Maraqlı suallar qoymusunuz, müsahibələrimiz müəyyən dairələri qıcıqlandırıb. Faktiki olaraq, bir ay insanlarımıza mövzu vermisən ki, onun ətrafında var-gəl eləsinlər. Yəni hər şey deyilib. Şəxsən mənim mövqeyim dəyişməyib, yeni bir fikir də yoxdur. Sadəcə, nə iş görəcəyiksə, nə ediriksə, səmimi olmalıyıq, siyasəti gözdən salmamalıyıq və Azərbaycan cəmiyyətinə ümid verməliyik. Məmləkətimiz zəngindir, insanlarımızın intellektual qabiliyyətləri kifayət qədər yetərlidir, hər şeyimiz var. Belə olan halda, bütövləşərək, sağlam iradə ortaya qoyaraq, əməkdaşlığı səmimi etməliyik. Qütblərarası uzlaşma modelini düzgün tapmalıyıq, Azərbaycanın iç problemlərini birgə müzakirə etmək imkanlarımız geniş olmalıdır. Harda olmağımdan asılı olmayaraq, mən o modelin gerçəkləşməsinə çalışacam. Amma mənim müzakirəsində iştirak etmədiyim məsələlərə şərh vermək, əlavə fikir söyləməyim etik normalara uyğun olmaz. [b]- Məsələ ondadır ki, hazırda vəziyyət dəyişib. Əvvəllər DUİ, konkret olaraq, KXCP əməkdaşlığa meylli deyildisə, indi qarşı tərəf əməkdaşlıq etmək istəmir. Sizcə, indi ittiham olunası tərəf kimdir? [/b] - Mənim mövqeyim Azərbaycanda təsir imkanları olan, strukturlaşmış siyasi qüvvələrin əməkdaşlığından ibarətdir. Mövqeyimdə də dəyişiklik yoxdur. Sadəcə olaraq, bu məsələləri konkret halda adını çəkdiyiniz subyektlərin rəhbərlərinə ünvanlasanız, daha dolğun, daha dəqiq informasiya ala bilərsiniz. İndi Zəlimxan Məmmədlidən əvvəlki fikirlərdən başqa nəsə almaq imkanı məhduddur. Mən prinsiplərimdən imtina etmək niyyətində deyiləm. Sadəcə, sözün urvatdan düşməsi, cılızlaşması və insanın da onun arxasınca getməsini istəmirəm. Hər halda dedim, müəyyən gərginliklər də oldu. Mane olmuram, heç nə demirəm. Yaxşı işləri də var, [b]Allah işlərini avand eləsin. - Bəlkə, son açıqlamalarınızdan sonra Sizə hansısa təzyiqlər olub, ona görə danışmaq istəmirsiniz? [/b] - Bilirsiniz ki, mən çox azad adamam. Mənim azadlığımı hər hansı formada məşdudlaşdırmaq imkanında olan adam tanımıram. Bir Allahdır, bir də mənim çox böyük və səcdəyə haqqı olan ağsaqqalarım var. Mən yalnız onların qarşısında əyilərəm və onların dediyini edərəm. Həqiqət bildiyim işin arxasınca isə sona qədər gedərəm. İndi də prinsipial mövqeyimdə qalıram. Dediyiniz məsələlər gəlincə, şəxsiyyətim və xarakterim ona imkan vermir. Ona görə, kimsə mənə təzyiq edə bilməz ki, mən də geri çəkilim. Əgər doğrudan da daha yaxşı model ortaya qoyularsa, onu alqışlayacam. Hətta xətrimə dəyən, məni gözü götürməyən, nifrət edən insan mütərrəqi ideya verib, onu gerçəkləşdirəcəksə, ona bərəkallah deyəcəm. Bir mövzunu nə qədər dartışmaq olar. [b]- Ona görə dartışırıq ki, məsələ hələ də çözülməyib... [/b] - Mən bu məsələləri çözməklə məşğul deyiləm. Fikrimi söyləmişəm, indi də kənardayam. Mənim bu mərhələdə proseslərə qarışmamağım da çox ciddi siyasət kimi qəbul olunmalıdır. O insanların mənim əleyhimə təbliğat aparmaq imkanları varmı, yoxmu, bilmirəm. Hamısına uğurlar arzulayıram. Partiyada mənim funksional bir işim var. Bu yaxınlarda Ali Məclisin [b]sessiyası olacaq, nə qarar veriləcəksə, o qərarların icrasına nəzarət edəcəyik. - Qarabağ və Respublika Uğrunda Hərəkatın təsisçilərindən olan Əli Əliyev DUİ-nin son addımlarını hakimiyyətə işləmək kimi dəyərləndirib. KCXP-nin də daxil olduğu ittifaqın hakimiyyətə işləməsi mümkündürmü? [/b] - Onu aidiyyatı adamlardan soruşun. Üç aydan yuxarıdır ki, mən partiyadaxili müzakirələrdə əsasən iştirak etməmişəm. Bunun da obyektiv və subyektiv səbəbləri var. [b]- Partiyanın Ali Məclis sədrinin rəhbəri olduğu təşkilatın müzakirələrində üç ay iştirak etməməsi nə qədər doğrudur? [/b] - (Bir qədər əsəbləşir) Artıq onu partiyanın strukturları müzakirə edir, Zaur Əhməd yox. [b]- Mən jurnalist kimi soruşuram... [/b] - Bu, jurnalist sualı deyil. Bilirsiniz, elə məsələlər var ki, gərək, qarşılıqlı hörməti saxlayasan. [b]- Mən Sizin xətrinizə dəymək istəmirəm...[/b] - Siz bu dəfə də məndən "nəsə qoparmaq" istəyirsiniz. Amma bu dəfə mümkün olmayacaq. Nə bilmək olar, bəlkə də qoparmısınız. Mən kənarda deyiləm. Partiyanın tədbirləri keçiriləcək, sessiyanı da apararam. Sonra da oturub hər şeyi müzakirə edərik. Hər halda, mənim o məsələlərə mövqeyim olub, bu mövqe də təstiqini tapıb! Hamı bilir ki, Zəlimxan Məmmədli mətbuatda bu məsələlərlə bağlı geniş danışıb. [b]- Ümumiyyətlə, bu gün DUİ-nin, eləcə də KXCP-nin müxalifətin əməkdaşlıq mərkəzindən kənarda qalmasına görə Mirmahmud Mirəlioğlunu təqsirkar saymaq olarmı? [/b] - Bu barədə danışmaq istəmirəm. İndi kimlərinsə fəaliyyətini təftiş etmək, qiymətləndirmək imkanlarından məhrumam. Vallah, bu barədə nə demək mümkündürsə, demişəm. Gəlin, məni yenə o tərəflərə çəkməyin. Mənə elə gəlir ki, bu barədə danışmaq kifayətdir. [b]- Onda başqa mövzuya keçək. Bu günlərdə "Borçalı" Cəmiyyətinin sədri seçildiniz. Demək olarmı ki, Zəlimxan Məmmədli bundan sonra bir regiona arxalanaraq, siyasət yürütmək istəyir? [/b] - Mən heç vaxt regionçu olmamışam. Bütün mənalarda bölücülüyün, separatçılığın, regional zəmində siyasət aparmağın əleyhinəyəm. Təşkilatlanma yaxşı şeydir, amma təşkilatların müəyyən siyasi hədəflərə çatmaq üçün regionları üz-üzə qoymaq məsələsini qəbul eləmirəm. Bu, bölücülükdür, Azərbaycanın milli maraqlarına ziddir. Əslində bu, regional təşkilat da deyil. Cəmiyyətin üzvləri arasında Azərbaycanın bütün bölgələrinin təmsilçiləri var. Bu təşkilat Borçalının milli proqram hesab edən bütün kəslərin təşkilatıdır. Burada bir hədəf var; Azərbaycandan kənarda yaşayan soydaşlarımız, onların hüquqlarının qorunması və təmin olunması və onların tamhüquqlü Gürcüstan vətəndaşı olması, azad, sərbəst hərəkəti, siyasi, ictimai fəaliyyətlə məşğul olması, onların sosial problemlərinin həlli istiqamətində fəaliyyət. Gürcü və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin fundamental zəmində qurulması və birbaşa təhlükəsizliyinin təmin olunmasında yardımçı olamaq. Bütün yaradıcı insanlarımızı, Borçalın sevən, türkü sevən insanlarımızı bu sahədə [b]əməkdaşlıq etməyə çağırıram. - Buna paralel olaraq, partiya fəaliyyətiniz də davam edəcəkmi? [/b] - Təbii ki, siyasi fəaliyyətlə də məşğul olacağam. [b]- Onda Sizin addımınız regional xarakter daşımayacaq ki? [/b] - Xeyr. Borçalı əsilli kifayət qədər nüfuzlu ziyalılarımız, iş adamlarımız var. Təbii ki, onların imkanlarını səfərbər edib, Borçalı problemini həll etmək əsas hədəflərdən biri olacaq. Beləliklə, destruktiv qüvvələrin araya girməsi də əngəllənər. Mənim siyasi mənsubiyyətim olmasa da, əgər niyyətim siz deyəndirsə, əhəmiyyət kəsb etmir ki, siyasi mənsubiyyəti varmı, yoxmu. Mən niyyətimi açıq deyirəm ki, mənə etimad göstərən çox nəhəng Borçalı ziyalalıranın, mənə səs vermiş yüzlərlə insanın etimadını doğrultmaqdan başqa ikinci hədəf güdmürəm. O baxımdan çox nikbinəm. Burada təfriqə yaradanlara, bölücülük cəhdinə qarşı sipər ola biləcəyik. Bir dost əli uzadıram və dost əli də gözləyirəm. İnanıram ki, burada birləşib güclü olacağıq. Güclü olacağıqsa, əlavə problemlərin yanarmasının qarşısını alacağıq, mövcud problemlərin həllini asanlaşdıracağıq. Bu, sadəcə bölgədə olan insanımıza xidmətdir. İndi gələcəkdə bunun adını nə qoyarlar, bu, tamam ayrı bir şeydir. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA