Fazil Qəzənfəroğlu partiyaların bələdiyyə seçkilərinə birgə qatılmasını effektli saymır

img

17-04-2009 [08:06]


?Böyük Quruluş Partiyası olaraq, bələdiyyə seçkilərində aktiv iştirak etmək fikrindəyik. Amma bundan əvvəl qanunvericilikdə bələdiyyənin statusunu artırmağa nail olmaq lazımdır. Çünki hazırda bələdiyyələr elə bir formadadır ki, bir neçə qurumun onun işinə müdaxilə etmək imkanı var. Bundan əlavə, bələdiyyələrin heç bir maddi resursları yoxdur. Belə bir vəziyyətdə bələdiyyə üzvü olmağın da mənası qalmır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu deyib. BQP başqanının sözlərinə görə, bələdiyyə seçkilərində iştiraka partiyanın güclənməsi kimi baxırlar və bu prosesdən kənarda qalmayacaqlar. F.Qəzənfəroğlu onu da bildirib ki, bu seçkilərə təkbaşına getmək niyyətindədirlər. Digər partiyalarla əməkdaşlığın edilməsi ilə bağlı məsələlər isə müzakirə olunmayıb. Müxalifət partiyalarının bələdiyyə seçkilərinə birgə qatılmasına da toxunan millət vəkili bildirib ki, seçkiyə birlikdə getməyin elə də böyük effekti olmayacaq: ?Əslində partiyalar bələdiyyə seçkilərində cəmiyyətlə daha alt qatda təmas qurmaq imkanı əldə edirlər. Partiyaların özlərinin imkanı ilə çıxış etmək daha məqbuldur. Təbii ki, müəyyən dairlərdə uzlaşma olar. Amma bələdiyyə seçkilərinə bütövlükdə bir anlayışla, bir platforma ilə gedilməsi o qədər də effekt verməz. Bəlkə də bu yolla prezident, yaxud parlament seçkilərində uğur qazanmaq olar, lakin bələdiyyədə elə də effekt vermir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA