Fəzail Ağamalı Əli Kərimlini hakimiyyətə qarzı qərəzli mövqe tutmaqda suçlayır

img

10-04-2009 [01:43]


?Əli Kərimlinin hakimiyyətin ünvanına dedikləri qərəzli, qeyri-obyektiv mövqedir. Onun söyləmiş olduğu fikirlərin hamısı cəfəngiyyatdır. Ölkə prezidenti İlham Əliyev son dövrlər Türkiyənin Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması ilə bağlı ortaya qoymuş olduğu iradə Azərbaycanın milli maraqlarını özündə ehtiva edir?. Bu fikirləri Müstəqli İnformasiya Agentliyinə (mia.az) hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Qeyd edək ki, AXCP sədri Əli Kərimli hakimiyyətin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı sərgilədiyi mövqenin milli maraqlarımıza zidd olduğunu deyib. AXCP sədrinin fikirləri ilə razılaşmayan F.Ağamalı, onu da vurğulayıb ki, İ.Əliyevin son addımı Azərbaycan cəmiyyətində çox böyük rezonans doğurdu və rəğbətlə qarşılandı: ?Hesab edirəm ki, İlham Əliyev bu addımı ilə bir daha Azərbaycan xalqı ilə birgə olduğunu, milli maraqlarımızla bağlı hər hansı məsələdə bu və ya digər şəkildə güzəştə getməyəcəyini nümayiş etdirdi. Əli Kərimli kimi adamlardan daha yüksəkdə durduğunu və vətənpərvər olduğunu sübut etdi. Görünür, bu cür adamlarda artıq müqəddəs heç nə qalmayıb?. AVP sədri Ə.Kərimlinin ?Mən Azərbaycan xalqının narahatlığını türk ictimaiyyətinə çatdıra bilərəm, amma bu hökumət mənə pasport vermir ki, Türkiyəyə gedim və televiziyada çıxış edim?,- deməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ə.Kərimlinin pasport ala bilməməsi məsələsinin ona aidiyyatı yoxdur: ?Amma bir şeyi də nəzərə çatdırmaq istəyirəm ki, Əli Kərimlinin özünün təqdim etdiyi kimi, Türkiyədə elə nüfuzu yoxdur və əlaqələri də yüksək səviyyədə deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA