Məhəmməd Hatəmi hakimiyyətdən narazıdır

img

17-04-2009 [06:42]


[color=BF0000]Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturanın tutduğu vəzifədən istefa verməsi birmənalı qarşılanmayıb. Belə ki, onun istefa verməsi partiyanın lideri Məhəmməd Hatəmi ilə aralarındakı narazılıqla əlaqələndirilir. [/color] Müstəqil İnformasiya Agentliyinə açıqlama verən partiyanın fəxri sədri Məhəmməd Hatəmi isə V.Bəyturanın istefasnda xəbərsiz olduğunu deyib: ?Bu partiyanın başı bəlalıdır. Mənə də işləmək imkan vermədilər. Hakimiyyət həmişə bu partiyanı sıxışdırır. Çünki Milli Qurtuluş Partiyası hakimiyyətə sərf eləmir. Hökumətin öz partiyaları var. Hökumət həmin partiyaları toyuq cücəni bəsləyən kimi bəsləyir. Amma MQP-nin adı çəkiləndə onu məhv etməyə çalışırlar. Görünür, ordan-burdan o qədər sıxışdırıblar ki, o da bu təzyiqlərə davam gətirməyib?. M.Hatəmi onu da vurğulayıb ki, V.Bəyturanın istefasının onunla heç bir əlaqəsi yoxdur: ?Hər halda mən o partiyanın yaradıcısıyam. Sonra da məni partiyanın fəxri sədri seçdilər. Düzü, mən heç bunu istəmirdim. Dediyiniz məsələlərlə bağlı mənim nə əlaqəm ola bilər ki? Mən o partiya ilə çoxdan qurtarmışam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA