Milli Qurtuluz Partiyasının bazqanı istefa verdi

img

17-04-2009 [02:10]


2008-ci ildə dövlət qeydiyyatında olan Milli Qurtuluş Partiyasına keçərək bu partiyanın 20 iyul 2008-ci il tarixdə çağırılan Qurultay Səlahiyyətli III Konfransında MQP başqanı seçilən Vüqar Bəyturan xüsusi bəyanatla MQP Siyasi Şurasına müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyiən partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə deyilir: ?Ölkədə ən güclü gənclər təşkilatının(TMGT), ən mübariz, dönməz bir partiyanın(TMP) qurucusu olaraq çox əziyyətlər çəkdik, lakin yolumuzdan, əqidəmizdən dönmədik. Dövlət qeydiyyatına malik olan bir partiyaya (MQP) keçməklə tərəfdarlarım və mən düşündük ki, rəsmi fəaliyyət imkanı məqsədlərimizə doğru yönələn yolumuzu asanlaşdıracaq. Təəsüflər olsun ki, bu üzdən bizim üçün ən müqəddəs olan TMP adından imtina etdik və düşündük ki, adımıza rəğmən üzərimizə gələnlər bundan sonra yeni adla fəaliyyətimizə problem yaratmayacaq. Sonradan məlum oldu ki, ad nə olursa-olsun, onun arxasında dayanan türk millətçiliyi zehniyyəti kimlərinsə narahatçılığına səbəb olurmuş və onların əsas məqsədi bu ideolojini küçümsəmək, sıradan çıxarmaqdı. Bu və açıqlamadığım digər səbəblərdən, eləcə də ölkədə normal siyasi fəaliyyət üçün şərait olmaması ucbatından MQP başqanı vəzifəsindən istefa verirəm. Xahiş edirəm ki, MQP Siyasi Şurası istefamı qəbul etsin?. Qeyd edək ki, Vüqar Bəyturanın istefa bəyanatı MQP Siyasi Şurasında yaxın günlərdə müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA