ALP bələdiyyə seçkilərində jurnalistlərə üstünlük vermək istəyir

img

14-04-2009 [02:22]


?Hesab edirəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində müxalifət jurnalistlərin də namizədliyini irəli sürməlidir. Mənə elə gəlir ki, buna partiyalar tərəfindən heç bir problem olmayacaq. Yaxşı olardı ki, bələdiyyə seçkilərində namizəd olmaq istəyən jurnalistlər bizə müraciət etsinlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (www.mia.az) Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan deyib. Ə.Temirxanın sözlərinə görə, ALP bələdiyyəyə namizəd olmaq üçün yerlərin 13-ni mətbuat nümayəndələrinə ayırmağa hazırdır: ?Bakı, Abşeron və Sumqayıtda bələdiyyəyə namizədimiz jurnalistlər ola bilər. Hətta bu niyyətdə olan jurnalistlərimiz regionlarda da bizi təmsil edə bilərlər. Çünki jurnalistika partiyasız siyasətdir. Jurnalistlərimiz arasında samballı, intellektli və siyasi cəhətdən kifayət qədər yetkin dostlarımz var ki, onların bizim namizədimiz olması yalnız işin xeyrinədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA