ADP sədri müxalifətin passiv olması ilə bağlı iddialarla razılazmır

img

10-04-2009 [04:20]


?Biz hazırda hüquqi müstəfidə mübarizə aparırıq. Təşkilatlarımızı səhmana salır, bələdiyyə seçkiləri ilə bağlı hədəflərimizi müəyyənləşdiririk. Referendumun nəticələri ilə bağlı da məhkəmələrə müraciət etmişik. Bu mənada müxalifətin passiv olduğunu demək düzgün deyil. Çünki Azərbaycandakı mövcud şəraitdə bundan artıq aktivlik etmək mümkün deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin aktiv olmaması ilə bağlı sualı cavablandırarkən deyib. S.Cəlaloğlu bildirib ki, ölkədəki vəziyyəti dəyişmək üçün həm müxalifətin, həm cəmiyyətin aktiv olması yetərli deyil. Onun sözlərinə görə, Azərbaycanda demokratiyanı bərqərar etmək üçün beynəlxalq güclər də demokratik qüvvələrə dəstək verməlidir. ADP sədri onu da vurğulayıb ki, hazırda Azərbaycan müxalifətinin apardığı mübarizə ölkədəki vəziyyətə adekvatdır və müxalifətin zəif olduğunu iddia edənlər yanılırlar: ?Demokratik dəyişikliklərin baş verdiyi ölkələrdəki vəziyyət Azərbaycanda olsa, müxalifət olaraq, biz çoxdan hakimiyyəti dəyişmişdik və demokratiyanı bərqərar etmişdik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA