Mirmahmud Mirəlioğlu müxalifətdaxili soyuqluğun aradan qaldırılmasına çalızır

img

15-04-2009 [04:12]


?Demokratiya Uğrunda İttifaqın müxalifətin ümumi konfransının keçirilməsi ilə bağlı təklifinin Qarabağ və Respublika Uğrunda Hərəkat tərəfindən rədd olunmasını sadəcə mətbuat yazıb. Amma bildiyimə görə, bu barədə Hərəkatın hər hansı qərarı yoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu verdikləri təklifə qarşı tərəfdən mənfi cavab verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. M.Mirəlioğlu onu da nəzərə çatdırıb ki, bu məsələ İttifaqda müzakirə ediləcək: ?Biz hesab edirik ki, indiki mərhələdə belə bir müzakirənin aparlması vacibdir. Digər tərəfdən, guya biz özümüz bu konfransı təşkil edə bilmərikmi? Sadəcə olaraq, soyuq münasibətlərə yeni baxış idi ki, müxalifət partiyaları arasındakı soyuqluq davam etməsin və birlik alınsın. Bu təşəbbüsün kökündə bu amil dayanırdı. Fərqi yoxdur, bu fikiri kim deyib. İndi bəziləri bizi qınayır, hətta təhqir etməkdən də çəkinmirlər. Amma biz əvvəlcədən müzakirə etmişdik ki, bu variant keçməsə, hansı variantı tətbiq etmək olar. Yəqin ki, son qərarımızı mətbuata bildirəcəyik?. KXCP sədri müxalifətin digər qüvvələrinin ümumi konfransa soyuq yanaşmasına da münasibət bildirib. Deyib ki, bu yanaşmanın səbəbləri ona bəllidir: ?Sadəcə, hər şeyi, hər zaman demək olmur. Zamanı gələndə hər şey hər kəsə bəlli olacaq. İstənilən məsələni açıqlamaq üçün zamanı dəqiq müəyyənləşdirəndə normal alınır. Dəqiq müəyyənləşdirməyəndə indiki kimi qarşılıqlı ittihamlar, dedi-qodular üzə çıxır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA