Zahid Oruc Pənah Hüseynin təklifinə müsbət yanazır

img

17-04-2009 [05:23]


?Ölkəmizin ərazi bütövlüyünün təminatına yönəlmiş hər bir təşəbbüs dəyərləndirilməli və ya müzakirə olunmalıdır. İndiki situasiyada nə qədər əlverişli olması və ümumi maraqlarımızı nə dərəcədə ifadə etməsini aydınlaşdırdıqdan sonra ona uyğun real qərarlar verilə bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə millət vəkili Zahid Oruc həmkarı Pənah Hüseynin prezident İlham Əliyevə hazırladığı müraciətə münasibət bildirərkən deyib. Xatırladaq ki, Pənah Hüseynin hazırladığı və ölkə başçısına da təqdim ediləcəyi bildirilən qərar layihəsində ölkənin ərazi bütövlüyünün təmin olunması və Ermənistanın işğalındakı ərazilərin azad edilməsi üçün silahlı qüvvələrin gücündən istifadə də nəzərdə tutulur. Z.Oruc isə deyib ki, buna başqa prizmadan yanaşmaq düzgün deyil: ?Siyasi və sülh danışıqları ilə paralel şəkildə hərbi məsələnin də gündəmdə olması və həmçinin onun müxalif qüvvə tərəfindən irəliyə sürülməsi də bir mövqedir. Düşünürəm ki, bütün bu məsələlər əgər qanunvericilik və ya qərarverici təşəbbüs qaydasında parlamentdə irəliyə sürülürsə, hüquqi prosedur üzrə parlamentin komitələrində dəyərləndirilməlidir?. Z.Oruc cəmiyyətdə Qarabağ probleminin sülh yolu ilə deyil, daha çox hərbi yolla çözülməsini istəyənlərin olduğunu da dedi: ?Onların mövqeyi ona əsaslanır ki, ötən dövr ərzində ATƏT-in Minsk Qrupu problemin çözülməsindən daha çox dondurulmasını düşünür. Açıq etiraf edək ki, hazırda ordumuz özünün yaxşı dövrünü yaşayır. Əgər Azərbaycanın ordusu ağır vəziyyətdə olsaydı, düşünürəm ki, belə təşəbbüslər heç vaxt olmazdı. Ona görə də bu gün müharibə ritorikalı bəyanatlar səslənir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA