Müxalifətin geniztərkibli birliyi ideyası baz tutmur

img

13-04-2009 [06:12]


?Sərdar Cəlaloğlu kiminlə əməkdaşlıq etmək istəyir özü bilər. Əgər o, bizimlə əməkdaşlıq etmək istəmirsə, biz dünəndən onunla aməkdaşlıq etmək istəmirik?. Bu sözləri Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Müstəqli İnformasiya Agentliyinə deyib. Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu hazırda DUİ ilə əməkdaşlığın mümkün olmadığını bildirmişdi. ADP sədrinin sözügedən açıqlamasına münasibət bildirən E.Musayevin sözlərinə görə, hər kəs öz adından danışa bilər və müxalifətin adından danışmaq üçün də heç kim Sərdar Cəlaloğluna səlahiyyət verməyib: ?Biz hesab etmirik ki, Sərdar Cəlaloğlu müxalifətdə söz sahibidir, yaxud hadisələrə ciddi təsir edən füqurdur. Onun heç ciddi təşkilati strukturu da yoxdur. Bu səbəbdən də kiminlə əməkdaşlıq edib-etməmək məsələsinə də o qərar vermir?. E.Musayev onu da bildirib ki, ölkədə fəaliyyət göstərən müxalifət qüvvələrinin əməkdaşlığı həmişə vacib olub, indi də vacibdir. Əgər kimsə bunda maraqlı deyilsə, deməli, birliyin yaradılmasını istəmir: ?Onu da deyim ki, DUİ mənə və Əhməd Oruca səlahiyyət vermişdi ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiya rəhbərləri ilə görüşüb ümumi konfrans məsələsini müzakirə edək. İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkətə müraciət olunsa da, müsbət cavab ala bilmədik.Görünür, qarşı tərəf bu görüşdə maraqlı deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA