Ölkə kommunistləri bayram etmək niyyətindədir

img

14-04-2009 [07:38]


Sovetlər dövründə 1 May zəhmətkeşlərin həmrəyliyi günü kimi qeyd edilirdi. Lakin imperiya dağılandan sonra bu ənənəyə son qoyuldu. Bunun bərpasında daha çox maraqlı olan Azərbaycan Vahid Kommunist Partiyasının rəhbəri Musa Tükənov isə Müstəqil İnformasiya Agentliyinə (mia.az) deyib ki, ölkə kommunistləri 1 May tarixini qeyd etməyə hazırlaşırlar. Onun sözlərinə görə, bu təqvim bütün zəhmətkeşlərin günüdür: ?Biz bu bayramı keçirmək niyyətindəyik. Ancaq bununla əlaqədar hələlik konkret yer müəyyənləşdirməmişik. Çünki icra hakimiyyəti bizə bu məsələdə mane olur?. M.Tükənov deyib ki, bu bayramın ölkəmizdə qeyd edilməməsi biabırçılıqdır: ?Hökumət ciddi əsas olmadan bu məsələni siyasiləşdirib. Bu, zəhmətkeşlərin, fəhlə sinfinin bayramıdır. Nəyə görə, bu bayram ölkəmizdə qeyd olunmasın? Bu məsələdə hökumət ədalətsizlik edir?. Sonda partiya sədri bu məsələ ilə bağlı, sol düşərgədə təmsil olunan digər partiyalarla da müzakirələr aparıldığını bildirib: ?Hətta bununla əlaqədar parlamentə, digər dövlət orqanlarına, dövlət başçısına da müraciətlər etmişik. Lakin onlar hələlik bu məsələyə reaksiya verməyiblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA