?Kənd təsərrüfatı nazirinə qarzı qərəzli deyiləm?

img

14-04-2009 [07:29]


[b]Hafiz Hacıyev: ?İsmət Abbasov etiraf edir ki, ətrafına yığdığı adamların əksəriyyəti quldurdur?[/b] Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. MMP sədri yüksət rütbəli məmurları tənqid etdiyinə görə, ona qarşı təzyiqlərin davam etdiyini deyir: - Millətini, dövlətini sevən adamlar həmişə təzyiqlərə məruz qalıb. Belə çıxır ki, təzyiqlərə məruz qalmamaq üçün dövlətinə, millətinə xəyanət etməlisən. Mən isə həmişə dövlətçiliymizin qorunmasına yönəlik fikirlər səsləndirmişəm. Düzdür, hakimiyyətdə olan bəzi insanlar mənim açıqlamalarımdan narahat olur. Bu yöndə mənə təzyiqlər olub, indi də davam edir. Hazırda telekanalların əksəriyyətini mənim üzümə qapadıblar. Siyasi fəaliyyətimin məhdudlaşdırılması barədə qərar verənlər var, ona görə də müəyyən dairələrə göstəriş veriblər. Ancaq mən narahat deyiləm, çünki bu cəhdlərin hamısı sonda boşa çıxacaq. Məni heç kim əqidəmdən döndərə bilməz. Açığı, mənə qarşı olan təhdid və təzyiqlər dövlətçiliyimiz uğrunda mübarizəmlə bağlıdır. Bu gün hakimiyyətdə elələri var ki, aparılan siyasi kursun əleyhinə işləyir. Özü də elə siyasət aparırlar ki, ölkədə olan problemlərə görə bir nəfər- prezident günahkar kimi görünsün. Ancaq hər şeyə görə prezidenti də suçlamaq düzgün deyil. Hətta prezidentin ətrafında elə adamlar var ki, mənə qarşı təzyiqlər edirlər ki, mən prezidentdən incik düşüm. Amma bilməlidirlər ki, bu, qətiyyən mümkün deyil. Elə düşünməsinlər ki, Hafiz Hacıyev tükənib. Mən hələ öz sözümü tam deməmişəm. Ancaq onu deyə bilərəm ki, bu siyasət həmin məmurların sonu olacaq. [b]- Hafiz müəllim, bir müddət öncə deyirdiniz ki, kənd təsərrüfatı naziri İsmət Abbasovun adamları tərəfindən hədə-qorxulara məruz qalmısınız. Hətta mətbuat vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət də etmişdiniz. Hazırda həmin təzyiqlər davam edirmi?[/b] - Hazırda İsmət Abbasovun vəziyyəti gərgindir. Onun Kənd Təsərrüfatı Nazirliyini bərbad günə qoyması, apardığı islahatlar sıfırla nəticələnib. Hətta bu sahədəki problem dövlət başçısı tərəfindən də dilə gətirilib. Mən dəfələrlə Kənd Təsərrüfatı Nazirliyi sahəsindəki problemləri açıq-aşkar demişəm. Mən İsmət Abbasova qarşı qərəzli deyiləm. Vaxtiylə yüksək vəzifədə çalışan məmur kimi yaxşı bilirəm ki, Azərbaycanın potensialı imkan verir ki, vəziyyət daha yaxşı olsun. Özüm kənd təsərrüfatı sahəsində də çalışmışam və bilirəm ki, əgər qanunla işləsən, bu sahədə böyük işlər görmək olar. İsmət Abbasov isə etiraf edir ki, ətrafına yığdığı adamların əksəriyyəti quldurdur. Hətta bəzi məclislərdə, bəzi adamlar ona yaltaqlanmaq üçün deyiblər ki, icazə ver, Hafiz Hacıyevə hücuma keçək, onu məhkəməyə verək. Ancaq İsmət Abbasov bilir ki, ?rinqə? çıxdığı adamın çəkisi ondan çox-çox ağırdır. Bu baxımdan, son günlər bir qədər geri çəkilib. Hesab edirəm ki, dövlət başçısı İsmət Abbasovun yararsız kadr olmasına qiymət verəcək. [b]- Belə çıxır ki, İsmət Abbasov yaxın vaxtlarda istefaya göndərilə bilər?[/b] - Təkcə İsmət Abbasov yox, bir sıra məmurlar var ki, istefaya göndəriləcək. Bildiyiniz kimi, dünyada gedən iqtisadi böhranın ciddə fəasdları özünü göstərməkdədir. Yeganə təşəbbüs Prezidentə məxsusdur ki, onun vasitəsilə böhranın qarşısı müəyyən qədər alınıb. Bir də ki, hakimiyyətin əleyhinə işləyən təkcə İsmət Abbasov deyil. Məsələn, ?Azərsu?da da çox böyük yeyinti qalmaqalı üzə çıxıb. Həmin qurumun rəhbərini ora gətirən müəyyən dairələr var. Ona görə də hələlik müqavimət göstərirlər. Mənə elə gəlir ki, dövlət başçısı bunların hamısına çox ciddi reaksiya verəcək. Rayon icra hakimiyyətlərində də böyük yeyinti halları baş verir. İcra başçısı var ki, asfalt zavodunun müdirini aldadıb, ona iki milyon dollarlıq iş gördürüb, amma dövlət büdcəsindən ayrılan vəsaiti özü mənimsəyib. Aprtıq bunu ölkə başçısı da bilir. Sadəcə olaraq, belə məmurlar müdafiə olunmağı bacarırlar. Ona görə də deyirəm ki, hazırda ciddi kadr islahatlarına ehtiyac var. Bu mənada düşünürəm ki, yaxın müddət ərzində bəzi nazirlər öz vəzifələri ilə vidalaşmalı olacaqlar. [b]- İqtisadi böhran məsələsinə toxundunuz. Ancaq məsələ ondadır ki, ölkənin iqtisadi siyasətini İqtisadi İnkişaf Nazirliyi müəyyənləşdirir. Bu mənada yeni nazir Şahin Mustafayevin fəaliyyətini necə qiymətləndirirsiniz?[/b] - Şahin Mustafayev çox qısa vaxtdır ki, vəzifəyə gəlib. Bizdə olan məlumatlara görə, hazırda kadr islahatları aparır. Bu qısa vaxt ərzində nazir elə də ciddi işlər görə bilməz. Təbii ki, bu qurumda da işlər sürətlə getməlidir. Gecikməyin özü gələcəkdə bizi uçuruma aparan proses ola bilər. Ona görə də iqtisadi islahatlar çox sürətlə aparılmalıdır. Şahin Mustafayev də kənarda dayanmamalıdır, müəyyən təkliflər verməlidir. Kənd Təsərrüfatı Nazirliyinin bərbad vəziyyətdə olmasını, bu qurumun səmərə vermədiyini ortaya qoymalıdır. Bizdə isə tənqid olunan adamla yerini daha da möhkəmlədir. [b]- Hafiz müəllim, bir müddət əvvəl iqtisadi inkişaf naziri kreslosunun ?dezinfeksiya? edilməsinin vacibliyini vurğulamışdınız?[/b] - Məndə olan məlumata görə, Şahin Mustafayev həmin kreslonu dəyişdirib. Odakı kadrları da ?ələk?dən keçirib. Düşünürəm ki, Şahin müəllim daha cəsarətli addımlar atmalıdır, qorxmamalıdır. Çünki yüz il qorxaq yaşamaqdansa, 10 il kişi kimi yaşayıb ölmək yaxşıdır. İstəyirəm ki, o, müstəqil şəkildə işləsin. Sələflərindən ibrət götürsün ki, Fərhad Əliyev və Heydər Babayev kimi işləyə bilməsə, korrupsiyaya qurşansa, axırırı onlar kimi olacaq. Yəqin ki, Şahin Mustafayev həmin kreslonu ?dezinfeksiya? edib. Ancaq gərək, nazirlikdəki xalçaları da dəyişəydi. Çünki ora korrupsiyaya qurşanmış şəxslərin ayağı dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA