?Hakimiyyət bəsit müdafiə modeli seçib, daxili auditoriyaya hesablanmız addımlar atır?

img

13-04-2009 [04:52]


[b]İqbal Ağazadə: ?Bu gün Azərbaycan hakimiyyətinin Avropa Şurası ilə konfliktə getməyi mahiyyət etibarı ilə onun dövlətçilik maraqlarına ziddir?[/b] ?Əgər Avropa Şurası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edirsə, deməli, əllərində ciddi faktlar və Azərbaycan ictimaiyyətinin ona sorğuları var. Hakimiyyət təbii ki, özünümüdafiə üçün müəyyən çıxışlar etməlidir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (www.mia.az) Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə YAP-çı deputat Siyavuş Novruzovun siyasi məhbus məsələsi ilə bağlı məruzəçinin təyin olunmasıyla əlaqədar açıqlamasına münasibət bildirərkən deyib. Qeyd edək ki, S.Novruzov Azərbaycanda siyasi məhbus məsələsinin olmadığını, Avropa Şurasının bu addımının yanlış olduğunu deyib. İ.Ağazadə isə bildirib ki, hakimiyyət gec-tez siyasi məhbuslarla bağlı məruzəçinin Avropa Şurasındakı mövqeyi ilə razılaşmalı olacaq: ?Ola bilsin ki, yüz faiz nəticə əldə edilməsin və bu gün siyasi məhbus kimi siyahı təqdim edən tərəflərin hamısının mövqeyi tam şəkildə qəbul olunmasın. Amma 23 hissəsi mütləq şəkildə qəbul olunacaq. Çünki Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var. Bu gün də Azərbaycan hakimiyyətinin Avropa Şurası ilə konfliktə getməyi mahiyyət etibarı ilə onun dövlətçilik maraqlarına ziddir. Mən düşünürəm ki, Qarabağ məsələsi indiki danışıqlar müstəvisində Azərbaycanın xeyrinə deyil. Bu səbəbdən də hakimiyyət tərəfindən belə bəyanatların səslənməsi mahiyyət etibarı ilə bizi dövlət kimi zəiflədə bilər. Ona görə də hesab edirəm ki, hakimiyyət hələlik bəsit müdafiə modeli seçib, daxili auditoriyaya hesablanmış addımlar atır?. İ.Ağazadə onu da bildirib ki, siyasi məhbuslar üzrə məruzəçi gələndə daha ciddi danışacaqlar, daha ciddi mövqelər ortaya qoyacaqlar: ?Bu baxımdan hakimyyət siyasi məhbus məsələsində Avropa Şurası ilə konfliktə getməməlidir. Daha çox dil tapmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və siyasi məhbusların azad olunması istiqamətində addımlar atmalıdır. Əgər belə olmasa, hakimiyyətin arqumenti ciddi səslənməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA