ATƏT-in Bakı ofisinin yeni rəhbəri Azərbaycana gəlib

img

10-04-2009 [09:25]


ATƏT-in Bakı ofisinin yeni rəhbəri, türkiyəli diplomat Əli Bilge Cankorel Azərbaycana gəlib. Yeni rəhbər aprelin 13-dən vəzifəsinin icrasına başlayacaq. ATƏT-in Bakı ofisindən bildiriblər ki, Ə.B.Cankorel ATƏT-in Bakı ofisinə rəhbər təyin olunmazdan əvvəl Türkiyə Xarici İşlər Nazirliyində müşavir vəzifəsində, bu ölkənin Kanada, Çin və İsveçrədəki səfirliklərində çalışmış, Türkiyənin Ukraynadakı səfiri olub. ATƏT-in Bakı ofisinin sabiq rəhbəri Xose Luis Herrero Ansola Skopyedəki ofisə rəhbər təyin olunduğu üçün keçən ilin dekabrında Azərbaycanı tərk edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA