Ədalət Partiyası bələdiyyə seçkilərində təkbazına iztirak edəcək

img

11-04-2009 [07:17]


"Biz qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək barədə ilkin qərarımızı vermişik. Ancaq hələlik bununla bağlı rəsmi qərarımız yoxdur. Yəqin ki, yaxın müddətdə partiya rəhbərliyində müzakirə aparıb rəsmi qərarımızı verəcəyik". Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. M.Rəhimlinin sözlərinə görə, Ədalət Partiyası keçirilən bütün seçkilərdə iştirak etməyi əsas vəzifələrdən biri hesab edir: "Bir siyasi partiya olaraq, hesab edirik ki, ölkədə keçirilən bütün seçkilərdə iştirak etmək vacibdir. Ona görə də ilkin olaraq bələdiyyə seçkilərinə qatılmağı da düşünürük, artıq bununla bağlı müvafiq addımlar da atılıb. Partiyanın rayon təşkilatlarına lazımi göstərişlər verilib. Hazırda seçkilərə hazırlıq prosesi gedir". Bələdiyyə seçkilərinə vahid qüvvə kimi qatılmağı planlaşdıran altı partiyanın birləşdiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı ilə əməkdaşlığın mümkün olub-olmadığına gəlincə, Mütəllim bəy Ədalət Partiyasının bu dəfəki seçkidə təkbaşına iştirak edəcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA