Deputatların mövqeyi hələ formalazmayıb

img

09-04-2009 [06:38]


Türkiyənin Ermənistanla sərhədləri açmaq istəyinə etiraz edən bir qrup deputat parlamentin xüsusi iclasının keçirilməsini tələb edir. Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı Müstəqil İnformasiya Agentliyinə deyib ki, Milli Məclisin mövqeyi bu məsələdə hələ formalaşmayıb. Millət vəkilin sözlərinə görə, bu məsələ bir qrup deputatlar tərəfindən qaldırılıb: ?Biz siyasi partiya olaraq, bir qrup siyasi partiyalarla bu məsələnin müzakirəsi ilə məşğul olmuşuq. Türkiyədə olan bir neçə siyasi partiya liderləri və ictimaiyyət Azərbaycana qarşı ortalıqda gəzən söz-söhbətin tamamilə məqsədəuyğun olmadığını söyləyir və Cümhuriyyətin rəhbərliyinə qarşı öz əks fikirlərini bildirirlər. Ancaq hələlik bu məsələ istər Türkiyədə, istərsə də Azərbaycanda dövlət və parlament səviyyəsində getmir. Ona görə də, bu məsələnin hələlik parlament tərəfindən xüsusi müzakirəsi üçün bir əsas yoxdur. Lakin indiki dönəmdə siyasi partiyalar, ictimai təşkilatlar və gənclər təşkilatlarının bu məsələyə münasibət bildirməsinə böyük ehtiyac duyulur və onlar fəal olmalıdırlar. Hesab edirəm ki, parlamentdə təmsil olunan bir qrup siyasi partiyanın müraciəti Türkiyənin həm hakim orqanlarına, həm də ictimaiyyətinə bir mesaj olacaqdır?. X.Kazımlı onu da bildirib ki, MM-in növbəti iclasında bu məsələ ayrı-ayrı deputatlar tərəfindən səslənəcək: ?Yəqin ki, MM-in ayın 14-də keçiriləcək növbəti iclasında bu məsələyə deputatlar toxunacaq və ölkə ictimaiyyəti də bunu eşidəcəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA