Ərdoğan: ?indi əgər Ermənistanla Azərbaycan arasındakı problem həll edilməsə, heç vaxt belə bir addım atmağımız mümkün deyil?

img

09-04-2009 [04:51]


[b]Türkiyənin Azərbaycandakı səfirli baş nazir Rəcəb Tayyib Ərdoganın Türkiyənin Ermənistanla apardığı danışıqlarla əlaqədar jurnalistlərə verdiyi açıqlamanı yayıb [/b] Baş Nazir Erdoğan jurnalistlərdən birinin ?Mədəniyyətlər İttifaqı? İkinci Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməməsi ilə əlaqədar çox sayda spekulyativ xəbərlər verilir. Əliyevin, Türkiyənin Ermənistanla apardığı danışıqlarla əlaqədar narahatçılığı varmı?? sualına cavabında Londonda da bu məsələ ilə əlaqədar bir açıqlama verdiyini yada salaraq, Azərbaycan ilə Ermənistan arasında on illərdir davam edən problemli bir proses olduğunu dedi. Erdoğan aşağıdakıları söylədi: ?Bizim də eyni şəkildə bu proseslərlə əlaqədar narahatçılığımız var. Bunu çox açıq söylədik: Azərbaycanla Ermənistan arasındakı bu problem həll olunmadıqca Türkiyə-Ermənistan arasındakı bu proses də çətinləşir. İndi əgər aşağı instansiyalarda texniki görüşlər keçirilirsə bu görüşlerin səbəbi Azərbaycanla Ermənistan arasındaki prosesi bir az daha qabaqlayaraq hazırlıq işləri aparmaqdır. Arzumuz, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda Ermənistanı işğalçı olaraq tanıması və oranı tərk etməsi barədə qərarıdır. Minsk Qrupu adlandırılan, Amerika, Fransa və Rusya Federasiyasının 17 ildən çoxdur həll edə bilmədiyi və ya həllinə nail ola bilmədiyi bir prosesdir. Bizim arzumuz budur ki, bu məsələ ilə yaxından məşğul olsunlar və Minsk Qrupu bu işin öhdəsindən gəlsin. Təəssüf ki, indiyə qədər bu məsələnin öhdəsindən gəlmək mümkün olmamışdır. Erdoğan, Türkiyənin bir addım atdığını, Rusya Federasiyası, Türkiyə, Azərbaycan , Ermənistan və Gürcüstanı maraqlandıran Qafqazda Sabitlik və Əməkdaşlıq Platformunu irəli sürdüyünü bildirmiş və öncə Azərbaycan-Ermənistan, sonra isə Türkiyə-Ermənistan arasındakı problemlərin həll edilməsinin vacibliyini qeyd etdi. Baş Nazir Erdoğan, Türkiyənin bir çox müsbət fikirlərinin olduğunu, bir prosesin işlədiyini qeyd edərək bunları dedi: ?Müxalifətin çirkin mövqeyi qəbul etməyim mümkün deyil. Burada həm CHP-nin, həm MHP-nin, həm də digərlərinin göstərdikləri münasibətin çox çirkin olduğunu hesab edirəm və onlar bir iftira kampanyası içinde addım atırlar. Onların bu güne qədər ağıllarına gətirə bilmədikləri addımları atdıq və atırıq. İndi əgər Ermənistanla Azərbaycan arasındakı prosesdı həll edilməsə, heç vaxt belə bir addım atmağımız mümkün deyil. Bunu dəfələrcə sölədim. Ya bunların qulaqları eşidmir və ya iftira üstünə iftira edirlər. Onlar ne deyirlərsə desinlər, biz bildiyimizi edəcəyik və məsələnin həll olunmamış qalmasını heç bir zaman bir həll variantı kimi qəbul etməyəcəyik. Bizim vəzifəmiz probləmləri həll etməkdir, atdığımız addımlar da bu istiqamətdədir. Bu addımları atmağa məcburuq. Çünki Türkiyə, həlli olmayan problemlərin içində yoğrulan , vaxt itiren bir ölkə ola bilməz, olmamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA