?Gələcək nəsillərə münaqizəli region saxlamamalıyıq?

img

08-04-2009 [07:48]


əinki Ermənistanla Türkiyənin, hətta Ermənistanla Azərbaycanın sərhədlərinin açılmasını dəstəkləyirik? [/b] Azərbaycan Yaşıllar Partiyasının həmsədri, politoloq Mayis Güləliyev Müstəqil İnformasiya Agentliyinə (MİA) müsahibə verib. [b]- Mayis müəllim, Azərbaycan Yaşıllar Partiyasının bir qrup nümayəndəsi bu yaxınlarda Brüssel səfərindən qayıdıb. Bu səfər nə ilə bağlı idi?[/b] - Səfərin əsas məqsədi Avropa Yaşıllar Partiyasının 3-cü Konqresində iştirak etmək idi. Konqresdə Avropa Parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olundu. Dünyada ?Yaşıl? siyasətin inkişafı ilə bağlı mühüm sənədlər qəbul edildi. Qlobal səviyyədə baş verən ictimai-siyasi hadisələrə və maliyyə böhranına geniş yer verilmişdi. Avropa İttifaqı ilə Rusiyanın əməkdaşlıq məsələləri də geniş müzakirə edildi. Dünyada yaşıllar ideologiyasının inkişafına mühüm töhvə verə biləcək yeni bir sənəd, yəni ?Yaşılların Yeni Kursu? qəbul edildi. Avropa Parlamentinə seçkilərdə ?yaşılların? prioritet hesab etməli olduqları məsələlərlə bağlı biz də öz münasibətimizi bildirdik. Konqresdə diqqəti cəlb edən mühüm məsələ ?Yaşıl İqtisadiyyatın? inkişafına dəstək verilməsi idi. [b]- Siz Konqresdən qayıdandan sonra ?Əsrin Müqaviləsinin 15-ci ildönümü: Qazandıqlarımız və itirdiklərimiz? mövzusunda beynəlxalq Konfrans keçirəcəyinizi də qeyd etmişdiniz. Bu konfrans nə vaxt baş tutacaq?[/b] - ?Əsrin Müqaviləsi? ilə bağlı konfransın keçirilməsi ideyası yeni deyil. Biz mütəmadi olaraq bu Müqavilənin müzakirəsini aparırıq. Bu il Müqavilənin 15 ili tamam olur. Digər tərəfdən, 15 illik dövr bu Müqavilənin fəaliyyət müddətinin təqribən yarısıdır. Odur ki, 15 il müddətində Müqavilənin yerinə yetirilməsi prosesinə nəzər yetirmək və onun ictimai-siyasi, sosial-iqtisadi və ekoloji təsirlərini araşdırmaq mühüm əhəmiyyət kəsb edir. Biz Müqavilənin iştirakçısı olan ölkələrin Yaşıllar partiyaları ilə Brüsseldə müzakirələr apardıq. Bu ölkələrin, xüsusilə Böyük Britaniya, Gürcüstan və Türkiyə ?yaşılları? belə görüşün keçirilməsində maraqlı olduqlarını bildirdilər. Belə müzakirələrə müxtəlif sahələr üzrə mütəxəssislərin, siyasi təşkilatların, hökumət və qeyri-hökumət təşkilatlarının, həmçinin KİV nümayəndələrinin cəlb edilməsi mühümdür. Artıq bir həftədir ki, Böyük Britaniyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iki nümayəndəsi Bakıdadır və Azərbaycan Yaşıllar Partiyası ilə birgə sentyabrda keçiriləcək konfransın hazırlanması ilə bağlı məsələləri müzakirə edir. Düşünürük ki, ?Əsrin Müqaviləsinin? 15 illiyinin geniş müzakirəsi və konkret təkliflərin hazırlanması Müqavilənin növbəti 15 il müddətində fəaliyyətinə müsbət təsir göstərəcək. Belə müzakirələr mümkün mənfi təsirlərin azaldılmasına da mühüm töhvə verə bilər. [b]- Barak Obamanın Türkiyə səfəri barədə də ?Yaşılların? fikrini öyrənmək maraqlı olardı.[/b] - ABŞ prezidentinin Türkiyə səfəri mühüm hadisədir. Əvvəla ona görə ki, Türkiyə təlatümlü Yaxın Şərq regionuna və konfliktli Cənubi Qafqaz regionuna yaxın ərazidədir və Türkiyədə baş verən hadisələrin bu regionlara birbaşa təsiri var. Digər tərəfdən, həm Yaxın Şərq təlatümündə, həm də Cənubi Qafqaz konfliktlərində ABŞ-ın mühüm rolu var. Odur ki, belə səfərlərin regionda mühüm təsirləri gözləniləndir. Əlbəttə, belə təsirlər mənfi və ya müsbət ola bilər. Obamanın son bir ildəki çıxışları, xüsusilə prezident seçildikdən sonra sülh çağırışları, hələ ki, ABŞ-ın faktiki siyasətində hiss edilmir. Hətta İraqdan ABŞ qoşunlarının çıxarılması ilə bağlı Obamanın verdiyi vəd də şübhəlidir. Azərbaycan Yaşılları dəfələrlə qeyd edib ki, ABŞ dünyada sülh istəyirsə, belə sülhü digərlərindən yox, özündən istəməlidir. Çünki son 60 ildə konfliktlərin əsas səbəbi elə ABŞ xarici siyasəti ilə bağlıdır. ABŞ nüvə silahının yayılmasını istəmirsə, özü ilk növbədə nüvə silahını məhv etməlidir və bu silaha malik olan İsraili dəstəkləməməlidir. Sülh istəyən ölkə ?terrora qarşı müharibə? adı ilə ondan qat-qat zəif olan digər dövlətlərin məhvinə və talan edilməsinə cəhd göstərməməlidir. Odur ki, biz tamamilə əminik ki, Obamanın belə səfərləri region dövlətlərinin inteqrasiyasına yox, əksinə, münasibətlərinin kəskinləşməsinə yönələn addımlardır. Yaxın Şərq ölkələrinin və Cənubi Qafqaz respublikalarının inteqrasiyasına və regionda sülhə xidmət edən istənilən təşəbbüsü biz dəstəkləyirik. [b]- Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına münasibətiniz necədir?[/b] - Biz nəinki Ermənistanla Türkiyənin, hətta Ermənistanla Azərbaycanın sərhədlərinin açılmasını dəstəkləyirik. Sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası iki qonşu xalqları bir-birinə yaxınlaşdıra və münaqişələrin dinc yolla həll edilməsinə şərait yarada bilər. Biz gələcək nəsillərə münaqişəli region saxlamamalıyıq. [b]- Bəs Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd deyilmi?[/b] - Azərbaycan mətbuatında və siyasi leksikonunda ?maraq? ifadəsi tez-tez təkrar olunur. Azərbaycanın maraqlarının ?nədən ibarət olduğunu? və ?nə üçün məhz bundan ibarət olduğunu? kim müəyyənləşdirib? Hanı strateji tədqiqatlar və siyasi doktrinalar? Hər hansı bir məmurun fikri ?Azərbaycanın marağı? kimi qəbul edilməməlidir. Mən digər siyasi partiyalardan və ictimai təşkilatlardan fərqli olaraq siyasi araşdırmalara və iqtisadi təhlillərə əsaslanaraq deyirəm ki, sərhədlərin açılması sərhədlərin bağlı qalmasından daha məqbuldur. Bunu əsaslandırmaq üçün onlarla arqument gətirə bilərəm. Sərhədlərin bağlı qalmasının tərəfdarı olanlar isə, yalnız mücərrəd ?maraq? anlayışı ilə kifayətlənirlər. Təəssüf ki, onlar Azərbaycan ictimai-siyasi səhnəsində daha çoxdurlar və onların KİV-lərə çıxışı daha asandır. Gəlin hər iki fikrin daşıyıcılarına diskussiya etmək imkanı verək və cəmiyyət özü seçsin. Axı demokratiya bunu tələb edir. Əlbəttə, sərhədlərin açılmasından bəzi qüvvələr, məsələn, ABŞ, transmilli şirkətlər itirə bilər. Belə ki, regionda inteqrasiya və əməkdaşlıq ABŞ xarici siyasətinin əsasında duran ?parçala, hökm sür? siyasətinə ziddir. Digər tərəfdən, regional əməkdaşlıq həm Azərbaycan, həm də Ermənistan hökumətlərinin bəzi məmurlarının maraqlarına da ziddir. Belə ki, bu münaqişə qaldıqca bəzi qüvvələr ondan sui-istifadə edərək külli-miqdarda gəlir götürür. Lakin bütövlükdə Azərbaycan və Ermənistan xalqlarının maraqları regional sülhlə və iqtisadi inteqrasiya ilə bağlıdır. [b]- Konqresdə maliyyə böhranı müzakirə edildimi? Siz 20-liklərin Sammitindən müsbət dəyişikliklər gözləyirsinizmi?[/b] - Qeyd etdiyim kimi, maliyyə böhranı mövzusu ?Yaşılların? 3-cü Konqresində mühüm yer tutdu. Əlbəttə, ?Yaşıllar? son 20 ildə ?yaşıl iqtisadiyyatı? təbliğ edirlər. İstehlakın istənilən səviyyədə azaldılması və təbii sərvətlərdən qənaətlə istifadə ?yaşılların? əsas tələbləridir. Dünya ?yaşılları? dəfələrlə qeyd etmişlər ki, əgər qlobal səviyyədə iqtisadiyyatın ?yaşıllaşması? baş verməzsə, həm enerji, həm ərzaq, həm də maliyyə sahələrində ciddi böhran yarana bilər. Dünya artıq böhran içindədir. Bu böhran işsizlərin sayını 2007-ci ildəki 18 milyon səviyyəsindən 50 milyon səviyyəsinə qədər artıra bilər. Başqa sözlə desək, işsizlik 3 dəfə arta bilər. İnkişaf etmiş ölkələrdə iqtisadi inkişafın bir faiz azalması isə əlavə 20 milyon insanın yoxsullaşmasına səbəb olar. Odur ki, dünya ?Yaşılları? ?qlobal düşünməli və lokal hərəkət etməli? deyərək, yerli iqtisadiyyatın inkişafının və beynəlxalq maliyyə qurumlarından daha az asılılığın təmin edilməsini təbliğ edirdilər. Azərbaycan Yaşıllar Partiyasının son iki ildə keçirdiyi bütün tədbirlərdə biz, qlobal problemlərin yaxınlaşdığını birbaşa və ya dolayısı ilə ictimaiyyətin diqqətinə çatdırmışıq. Biz digər siyasi partiyalardan fərqli olaraq hadisələrin gedişi, Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı daha pessimist mövqe tuturduq. Təəssüf ki, qlobal böhran dünyanı bürüyəndə də dünya bu böhrandan nəticə çıxarmaq istəmir. Hələ də başa düşmək istəmirlər ki, böhranın səbəbi banklarda pul qıtlığı deyil, böyük dövlətlərin, xüsusilə ABŞ-ın apardığı iqtisadi və maliyyə siyasətidir. 20-lik öz siyasətini dəyişmək, istehlakı və hərbiləşməni azaltmaq, ekoloji tarazlığı təmin etmək əvəzinə, böhrandan əvvəlki maliyyə vəziyyətini bərpa etməyə cəhd göstərir. Bu səhv strategiyadır və ABŞ-ın böhranı yaradaraq, əslində nail olmaq istədiyi əsas məqsəddir. Belə siyasət yürütməklə 20-lik ABŞ-ın təsirinə daha çox düşərək onun iqtisadi müstəmləkəsinə çevriləcəklər. Dünya, xüsusilə inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan ?yaşıl iqtisadiyyatın? tələblərini qəbul etməlidir. ?Yaşıl iqtisadiyyat? alternativ iqtisadiyyat deyil, əvvəl-axır, hamının qəbul etməyə məcbur olduğu və qaçılmaz olan iqtisadi modeldir. [b]- Siz son 15 ildə Qeyri-Hökumət təşkilatlarından siyasi partiya rəhbərliyinə keçmiş bəlkə də yeganə şəxssiz. Belə ki, son illər əksər siyasi partiyalardan QHT-lərə axın başlayıb. Azərbaycanda QHT fəaliyyəti ilə yenə də maraqlanırsınızmı? Dövlət tərəfindən QHT-lərə verilən maddi dəstəyi necə qiymətləndirirsiniz?[/b] - Mən QHT strukturunu tərk etsəm də, cəmiyyətdə baş verən bütün hadisələri diqqətlə izləyirəm. Mənim siyasi baxışlarımın formalaşmasında QHT sektoru mühüm rol oynayıb. QHT-lər öz mahiyyəti etibarilə vətəndaş cəmiyyəti institutlarından biridir. Bu institutun əsas fəlsəfəsi dövlət və biznes sektoru üzərində vətəndaş nəzarətinin təmin edilməsindən ibarətdir. Təəssüf edirəm ki, digər sahələrdə olduğu kimi bu sahədə də ?QHT imitasiyası? daha güclü oldu. Azərbaycanda son 15 ildə həyata keçirilən siyasi islahatlar, mahiyyət etibarı ilə, vətəndaş cəmiyyətinin zəifləməsinə və dövlət strukturlarının güclənməsinə yönəldiyi üçün vətəndaş cəmiyyəti institutları, xüsusilə də bələdiyyələr və QHT-lərin əksəriyyəti imitasiya xarakterlidir. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə yönələn qanunlar yoxdur. Əksinə, qəbul edilmiş qanunlar, o cümlədən ?Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında?, ?Qrant haqqında? qanunlar vətəndaş cəmiyyəti üzərində nəzarətin təmin edilməsinə yönəlib. Təəssüf ki, BMT-nin və Azərbaycan hökumətinin dəstəyi ilə yaradılmış ?QHT Forumu? və Prezident Yanında QHT-lərə Dəstək Şurası da müstəqil təşkilatların fəaliyyətinin məhdudlaşmasına xidmət edir. Xüsusilə, QHT-lərə Dəstək Şurasının yaradılması onlar üzərində tam nəzarətin təmin edilməsi ilə yekunlaşdı. QHT-lərə Dəstək Şurasının belə fəaliyyət forması vətəndaş cəmiyyətinin inkişafına ciddi ziyan vuracaq. [b]- QHT-lərə və KİV-lərə dövlət dəstəyinin nəyi ziyanlı ola bilər axı?[/b] - Dəstəyin özü nəinki ziyanlı deyil, əksinə, vacibdir. Lakin bu dəstəyin mahiyyəti və verilməsi mexanizmi elə olmalıdır ki, ondan bütün tərəflər müstəqil şəkildə faydalana bilsinlər. Başqa sözlə, hakimiyyətin nəzarətində olan bir qrup şəxs tərəfindən qrant formasında verilən dəstək, çox ziyanlıdır və QHT-lərin müstəqilliyinə son qoyur. Qrant ?dövlət dəstəyi? deyil. Qrant bu və ya digər konkret fəaliyyəti həyata keçirmək üçün, yəni məqsədli şəkildə verilən maliyyədir. Dövlət dəstəyi təşkilatı inkişafa yönələrək istisnasız olmalıdır. Məsələn, QHT-lərin hər hansı vergidən azad edilməsi, onlar üçün internet və telefon xərclərinin, həmçinin ofis xərclərinin müəyyən hissəsinin ödənilməsi, QHT-lər üçün pulsuz dil kursları və digər təlim kurslarının təşkili və sair. Bu halda QHT-lər istisnasız şəkildə bu imtiyazlardan istifadə edərək öz müstəqilliklərini saxlamağa müvəffəq ola bilərdilər. İndiki halda isə QHT-lərə ?dövlət dəstəyi? yox, hakimiyyətyönlü olmaq üçün ?rüşvət? verilir. Belə ?rüşvətin? yaxın zamanlarda KİV-lərə də veriləcəyi gözlənilir. Onsuz da azad olmayan mətbuat belə ?rüşvətlərdən? sonra lap ?mütiləşəcək?. QHT-lərə və KİV-lərə verilən ?dövlət dəstəyi? Azərbaycanda ?demokratiya imitasiyası? yaratmaq yolunda növbəti mühüm addımdır. Təəssüf ki, bu addımı əksər QHT-lər, KİV-lər və siyasi partiyalar da alqışlayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA